Yorğunluğun qarşısını necə almaq olar?

Yorğunluğun qarşısını necə almaq olar?
Xəstəliklər və müalicəsi
10.09.2017 35
Yorğunluq — kərkin və ya uzunmüddətli iş nəticəsində orqanizmdə fizioloji proseslərin gedişinin pozulması ilə yaranan vəziyyətdir.
Yorğunluq iş qabiliyyətinin azalmasına səbəb olur. Çox ağır fiziki
yorğunluq zehni fəaliyyəti də azaldır və əksinə, zehni gərginlikdən
sonra fiziki fəaliyyət tələb edən işin yerinə yetirilməsi qabiliyyəti də
aşağı düşür.
Yorğunluğun subyektiv təzahürləri əzələlərdə ağrı, ümumi zəiflik, öz
işini yerinə yetirmək istəyinin olmaması və hətta insanın davranışında
əmələ kələn müəyyən dəyişikliklər — əsəbilik, məyusluq və ya süstlük
kimi əlamətlərdir. Bu dəyişikliklər fiziki və ya zehni əməyin hansı
gərginliklə yerinə yetirilməsindən asılıdır.
Uzun müddət yerinə yetirilən orta dərəcədə kərkin işin yorğunluğu bir
qədər istirahətdən sonra keçib-gedir və adamın sağlamlığına heç bir
zərər gətirmir.
Çox kərkin fiziki və ya zehni işdən sonra isə ağır yorğunluq hiss
olunur. Belə yorğunluq adamı tamam üzə bilər. Bu cür vəziyyət çox vaxt
işin pis təşkili nəticə-sində yaranır.
Ağır və hətta orta dərəcəli yorğunluqdan sonra kifayət qədər
istirahət etmədikdə, bu yığılır və ifrat yorğunluğa keçir. İfrat
yorğunluqda xəstə halın bütün əlamətləri olur və müxtəlif cür təzahür
etdiyindən diaqnoz qoymaq çətinləşir.
İfrat yorğunluğun ən çox təzahür edən simptomları
daim özünü pis hiss etmək, süstlük, zahiri görkəmin «pis» olması, hər
bir yüngül fiziki, ya zehni əməkdən sonra tez yorulmaq, iştahanın
olmaması, yuxunun pozulması və s. kimi əlamətlərdir.
İfrat yorğunluq xroniki xəstəlikləri şiddətləndirir və həmçinin
orqanizmin xəstəlik törədicilərə qarşı müqavimətini azaldır. Xüsusən
orqanizmdə fizioloji proseslərin pozulması daha təhlükəlidir. Belə
olduqda bəzən istirahət də lazımi səmərəni vermir və bu, əsəbi-psixi
yorğunluğa səbəb olur. Yalnız uzunmüddətli, lazımi səviyyədə təşkil
edilmiş istirahət orqanizmin yenidən əsəbi-psixi tarazlığa qayıtmasına
şərait yaradır.
Yorğunluğun bir forması da usanmadır. Bu çox vaxt maraqsız iş
nəticəsində baş verir. Usanmanı ağırlaşdıran bir şərt də əməyin evdə və
işdə pis təşkilidir.
İş yerinin düzgün təşkili, əmək alətlərinin və materialların səliqəli
yerləşdirilməsi vaxtımıza qənaət etməyə və işimizi yüngülləşdirməyə
imkan verir, bunun da nəticəsində zehni və fiziki gərginlik azalır. Öz
işimizi düzgün planlaşdırmaq və vaxta görə bölmək də çox mühüm şərtdir.
İş paltarının seçilməsi də böyük əhəmiyyət daşıyır. O rahat olmalı,
hərəkətləri məhdudlaşdırmamalı, dar olmamalıdır. Dar paltar əl və
ayaqlara qanın getməsini pisləşdirir. Ayaqqabı həm ayağa, həm də görülən
işə uyğun olmalıdır. Bu, ələlxüsus həmişə ayaqüstü iş-də işləyəndə, ya
da müxtəlif iş dalınca ayaqla gəzmək lazım gəldikdə vacibdir.
İş yerinin yaxşı işıqlandırılması, işığın kifayət qədər olması, çox
parlaq, közü qamaşdıran olmaması yorğunluğun əmələ gəlməməsində mühüm
rol oynayır. Böyük otaqlarda işləyənlər üçün işıq yayılan, diqqət tələb
edən işlərdə isə gur olmalı, ancaq gözləri qamaşdırmamalıdır.
İş vaxtı bədənin düzgün vəziyyəti də görülən işin keyfiyyətinə və
dəqiqliyinə təsir edir, bu da öz növbəsində, yorğunluğun dərəcəsini
təyin edir.
Ən çox yorğunluq yaradan vəziyyət—ayaq üstə
işləməkdir. Bu çox vaxt ayaqların şişməsinə, damarların genişlənməsinə,
yastı ayaqlıq və s. kimi xoşagəlməz halların inkişafına səbəb olur. Odur
ki, ayaq üstə işləyən qadınlar gah bir, gah da o biri ayağının
əzələlərini boşaltmaq vərdişini mənimsəməlidirlər. Bunu belə edirlər:
bədənin ağırlığı bir ayağın üstünə keçir, o biri ayaq isə bu vaxt dizdən
azca bükülür. Bir neçə saniyədən sonra ayaqların vəziyyəti
dəyişdirilir.
Oturmuş halda bədənin düzgün vəziyyəti
Oturaq işdə işləyənlərin də bəzi səriştələri olmalıdır. Qabağa çox
əyildikdə başı və bədəni müəyyən vəziyyətdə saxlamaq üçün əlavə qüvvə
tələb olunur. Bu da kürək və boyun əzələlərinin həddən artıq gərginliyi
nəticəsində adamı yora bilər.
Kürək və boyun əzələlərinin ən az gərginləşməsi bədənin azca qabağa
əyilməsi, kürəyin isə bir qədər qabarması zamanı müşahidə olunur.
Kürsü və stullar aşağıdakı tələblərə cavab verməlidir:

kürsünün quruluşu elə olmalıdır ki, bədənin çəkisinin çox hissəsi onun üstündə yerləşsin;
kürsü, stul və ya kətilin hündürlüyü nizamlanan olmalıdır;
stulun oturacağı qabaq tərəfdən azacıq içəri əyilmiş olmalıdır ki, budlara. batıb ayaqların qan dövranına mane olmasın.

Yorğunluğun əmələ kəlməsinə səbəb olan bir amil də
səs-küydür. 40 desibel gücündə (lehimləmə lampasının küyü qədər) olan
səs-küy artıq əsəbiliyi yaranmasına səbəb olur. Səs-küylü işlərdə isə
(80 desibeldən yüksək) xüsusi səs keçirməyən qulaqlıqlardan istifadə
etmək lazımdır.
Qeyd etmək lazımdır ki, bəzən oyadıcı maddələrlə fiziki və zehni iş
qabiliyyətini süni surətdə artırmağa alışırlar. Lakin bu çox zərərli
vərdişdir. Yorğunluq zamanı bu cür maddələrdən uzun müddət istifadə
etmək tamam üzülmə ilə nəticələnə bilər. Sinir sistemini oyadan ən çox
işlənən maddə qara qəhvədir, bunun təsirini isə bəziləri çox vaxt
siqaretlə gücləndirməyə çalışırlar. Nəticədə belə adamlar çox əsəbi
olur, yorğunluqları isə get-gedə artır.
Bundansa çox yorulduqda meyvə şirəsi, ya da südlü-meyvəli içki içmək,
ifrat yorğunluqda isə vitaminlər və ümumi qüvvətləndirici dərmanlar
(ancaq həkimin göstərişi ilə) qəbul etmək daha yaxşı təsir göstərir.
Bunlar fiziki və zehni yorğunluq nəticəsində əmələ kələn orqanizmin
normal fəaliyyəti üçün lazım olan elementlərin çatışmazlığını aradan
qaldırır.
Orta dərəcəli yorğunluqda kifayət qədər istirahət etdikdə orqanizmdə
böyük dəyişikliklər əmələ gəlmir. İfrat yorğunluq ancaq düzgün əmək və
istirahət rejiminin pozulması zamanı baş verir. Buna isə yol vermək
olmaz, ona görə ki, ağır yorğunluq hətta məzuniyyət zamanı da keçib
getmir. Belə hallarda həkimə müraciət etmək və xüsusi müalicə kursu
keçmək lazımdır.
Sağlamlığın və yorulmamağın labüd şərti
istirahətin düzgün təşkilidir. Asudə vaxtı açıq havada, yəni parkda,
meşədə keçirdikdə, turizmlə, idmanla məşğul olduqda qüvvə bərpa olunur,
orqanizmin yorğunluğa qarşı müqaviməti artır. Vacibi odur ki, hər kəs
özünə xoş gələn və onun fiziki imkanlarına cavab verən idman növü ilə
məşğul olsun. hamıya uyğun kələn ən yaxşı fiziki iş — gəzintidir.
Bununla 2 yaşından ta… 100 yaşınadək hamı məşğul ola bilər.
İstirahət aktiv və passiv olur. Passiv istirahət zamanı adam heç bir
işlə məşğul olmur. Aktiv istirahət zamanı isə gəzintiyə, səfərə çıxır,
idmanla məşğul olur, ya da, heç olmasa, məşğuliyyətini dəyişir. həm
fiziki, həm də zehni əməkdən sonra bərk yorulduqda əvvəl passiv
istirahət etmək və ancaq bundan sonra aktiv istirahətə keçmək lazımdır.
orta yorğunluq isə aktiv istirahətlə keçir.
Aktiv istirahət qabiliyyətini hər kəs özündə tərbiyə etməlidir. Bu, adamın vərdişinə çevrilməlidir.
İş zamanı yorğunluq əlamətləri hiss olunduqda ən vacibi qısa
istirahət etməkdir. hərdən gərginliyi aradan qaldırmaq üçün pəncərəni
açmaq, bir neçə dəfə dərindən nəfəs almaq və vəziyyəti dəyişmək kifayət
edir. Bu, həm yeknəsəq işlərə, həm də böyük diqqət tələb edən zehni
işlərə aiddir. Elmi tədqiqatlar göstərmişdir ki, bu cür istirahət əmək
məhsuldarlığına müsbət təsir göstərir.
Zehni əmək adamlarında yorğunluq, ən əvvəl, mərkəzi sinir sisteminə
təsir göstərir. Əyilmiş vəziyyətdə uzun müddət oturmaqdan boyun və
kürəyin gərginləşmiş əzələləri ağrıyır, qan dövranı pisləşdiyindən
ayaqlar şişir.
İşi dəyişməyin özü də əsəb gərginliyinin qarşısını alır. Belə ki,
kərkin zehni əməkdən sonra sakit vəziyyətdə oxumaq, radioya qulaq asmaq,
krossvord üzərində işləmək və s. çox faydalıdır. Fiziki gərginliyi bir
neçə dəfə dərindən nəfəs almaqla, əlin-qolun əzələlərini boşaldan
hərəkətlər etməklə aradan qaldırmaq olar.
Ayaqlar şişdikdə 15 dəqiqə uzanıb ayaqları başın səviyyəsindən bir
qədər yuxarı qaldırmaq lazımdır. Pəncədən baldırlara qədər edilən masaj
da qan axınına kömək edir. Belə istirahət ayaq üstə işləyənlər. üçün
daha vacibdir. Belə adamlar azı yarım saat bu vəziyyətdə uzanmalıdırlar.
İş növünük dəyişdirilməsi də, ələlxüsus gərginlik Su vaxta qədər
hərəkətdə olmayan əzələlərin üzərinə düşdükdə, bir növ, istirahətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!