Yuxu keyfiyyətiniz nəfəsinizdən başlayır

Yuxu keyfiyyətiniz  nəfəsinizdən başlayır
Xəstəliklər və müalicəsi
10.09.2017 6

Gecə rahat nəfəs ala bilmirsinizsə, səhər boğazınızda quruluq hissi ilə oyanırsınızsa, yuxu keyfiyyətiniz gündən günə düşürsə və davamlı ağızınızdan nəfəs alıb verdiyinizi fərq edirsinizsə diqqət problem var.Burundan alınan nəfəs, ağciyərlərə çatmadan əvvəl isidilər, nəmləndirilər və təmizlənər. Burnun bu arıtma və iqlimləndirmə funksiyaları, ağciyər və ümumi bədən sağlamlığı üçün çox əhəmiyyətlidir. Əgər burun tənəffüsü edilə bilmirsə və ya bir şəkildə burnun funksiyasını maneə törədən bir pozuqluq varsa, davamlı olaraq və ya müəyyən bir dövr boyunca edilən ağız tənəffüsü bəzi sağlamlıq problemlərinə yol aça bilər. Çünki ağız tənəffüsü atmosfer havasının şərtlərini dəyişdirmədən, alınan havanın doğrudan boğaz və ağciyərlərə çatmasına səbəb olar. Halbuki burun, çöldəki soyuq və quru havanı ağciyərlərə uyğun hala gətirər. Xalq arasında "burun ətləri" olaraq bilinən "konka " adı verilən, burun boşluqlarının yan tərəflərində meydana gəlmələrin bu mövzuda müxtəlif vəzifələri vardır. Buruna girən hava, konkaların arasından keçər. Bu keçiş müəyyən bir zaman aldığından bu müddətdə burundan alınan hava, ağızdan alınan havaya görə daha təsirli olaraq isidilər. Ayrıca yenə bu strukturları meydana gətirən hüceyrələrin üzərində olan incə "titrək tüklər" sayəsində, havada olan tozlar, polenlər və bakteriyalar filtr edilmiş olar. Burada yapışqan xüsusiyyəti olan sekresiyalar da havada olan alerjan və mikrobların böyük əksəriyyətini məbləğ və ağciyərə getmələrini önləyər.

Xalq arasında burun tıxanığlığının bilinən ən sıx səbəbi qığırdaq-sümük əyrilikləri, digər adıyla "deviasyiya"dur. Halbuki daha sıx qarşılaşılan xəbəb, burun əti şişməsivə ya "rinit" deyilən müxtəlif soyuqdəymə tipləridir. Bunları taxıban müxtəlif sinüzit tiplərinə bağlı da burun tıxanıqlıqları ola bilər. Burun tıxanıqlığı olan xəstələrin ən böyük narahatlığı, /həkimə müraciət etdiklərində "əməliyyat lazımdır" deyilməsidir. Burada hər burun tıxanığlığının müalicəsinin əməliyyat keçirmədiyini vurğulamaq lazımdır. Əməliyyatla müalicə ancaq ciddi bir anatomik pozuqluğu olan və ya dərman müalicəsinə cavab alına bilməyən xəstələrdə düşünülə bilər.
Tərcümə Etdi : N E L L I скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!