Ayaq Damarlarının Müalicəsi

Ayaq Damarlarının Müalicəsi
Xəstəliklər və müalicəsi
10.09.2017 197
 Ayaqda damar genişləmələri lazer müalicəsi ilə, heç bir anesteziya üsul istifadə edilmədən 1-6 seans arasında, 4-6 həftəlik aralıqlarla və ortalama 5-25 dəqiqəlik seans müddətləri içərisində müalicə edilə bilər. Lazer müalicəsi toxulara zərər vermədən son dərəcə aşağı bir ağrıyla asan, sürətli və təsirli müalicə variantı təqdim edən bir üsuldur.

Ayaq Damar Müalicəsi: Tez-tez Soruşulan Suallar

Ayaq damar müalicəsi kimlərə tətbiq oluna bilər / tətbiq oluna bilməz?

Cinsiyyət güdmədən hər yaş qrupuna və ya həm tünd həm də açıq bədənli kəslərə lazerlə ayaq damar müalicəsi tətbiq oluna bilər.  Bu müalicənin mütəxəssis həkimlər tərəfindən uyğun hesab edilməsi halında edilməsində bir qorxu yoxdur.

Qanama pozuqluğu,  epilepsi xəstələri daşıyan xəstələr və hamilələrə tətbiq edilməz.

Lazerlə ayaq damar müalicəsi nə sıxlıqla edilməlidir?


Ümumiyyətlə 1-6 seans arasında tətbiq olunmalıdır. İki seans arası ortalama 4-6 həftədir. Bununla birlikdə seans sayı tətbiq edilən ayaq damarların ədədi, rəngi və sahənin böyüklüyünə görə dəyişə bilər.

Lazerlə müalicə nə qədər zaman alar?


Müalicə tətbiq müddəti ümumiyyətlə 5 dəq ilə 25 dəq arasında dəyişər.

Lazerlə ayaq damar müalicəsinin yan təsirləri vardırmı?


Lazerlə ayaq damar müalicəsi sonrasında normal həyata dərhal dönülə bilər. Ağrı, ümumiyyətlə yox deyiləcək qədər azdır. Lazerlə tətbiq edilən sahələrdə 1-2 gün içində keçəcək yüngül qabarma və qızarıqlıq görülə bilər. Lazerlə bu tətbiq edildikdən sonra mümkün olduğunca günəşdən qorunmalıdır və əməliyyat edilən bölgələrə yüksək faktorlu günəş qoruyucu kremlər sürtülməlidir.

Lazerlə hansı bölgələrdəki damarlar müalicə edilə bilər?


Lazer müalicəsi xüsusilə incə ayaq damar tipindəki damarlarda müvəffəqiyyətlə tətbiq olunar. Bu müalicə ayrıca üz bölgəsində, yanaqlarda və burun kənarında olan damar çatlamalarına və bədəndə ki qırmızı rəngli mənlərə də tətbiq oluna bilər. Bu müalicə ayrıca doğumla yaranan damarsal qırmızı ləkələrdə, üz bölgəsindəki damar çatlamalarına bağlı ibarət yaranan qızarıqlıqlarda və hemangiomlarda tətbiq oluna bilən təsirli bir müalicə üsuludur.

Tərcümə etdi:
PRETTY_GİRL



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!