Sən mənim yalnız Həyat yoldaşımsan

Sən mənim yalnız Həyat yoldaşımsan
Xəstəliklər və müalicəsi
10.09.2017 16
Evlilik həyatında ən böyük xəyal qırıqlıqlarını yoldaşına "Sən mənim hər şeyimsən!" deyən kəslər yaşayır. Psixoloq Yasemin Uçal, "Kimsəyə daşıya bilməyəcəyi bir rol yüklənməməli." deyərək, "Hər şeyimiz ancaq Rəbbimiz ola bilər." şəklində danışır.

Bir insanın sevdiyi birinə 'sən mənim hər şeyimsən' deməsi, ilk başda verilən qiyməti ifadə etmək baxımından çox gözəl gələ bilər. Ancaq, bu sözün hərəkət olaraq qarşılıq tapmasını gözləmək həmsöhbətində eyni xoş duyğuları oyandırmır. Çünki, bir adamın "ana-ata, dost yoldaşı,həyat yoldaşı, övlad" rollarını eyni anda qarşılaması çox çətindir. Bu qeyri-mümkünlük, gözləmələri qarşılana bilməyən tərəfi üzdüyü kimi, özündən çox şey gözlənilən tərəfdə də boğucu bir təsir edə bilir. Həyatımızda yalnız bir dənə rolu ola biləcəyi halda 'hər şeyimizi' üstünə yüklədiyimiz adamdan 'mən sənin gözləmələrini qarşılamaq məcburiyyətində deyiləm' cavabını almamızlada yıxıla bilərik. O, bunu diliylə ifadə etməyib heç bir gözləməmizi verməyərək də göstərə bilər. Xüsusilə həyat yoldaşları arası əlaqədə məqbul olan, hər kəsi öz mövqeyində qəbul etmək və çox gözləmə içinə girməməkdir. Psixoloq Yasemin Uçala görə, bu idrak səviyyəsinə çatmanın yolu 'qarşımızdakının da özümüz kimi bir çox mövzuda aciz, əskikləri olan, mükəmməl olmayan' bir insan olduğunu qəbul etməkdən keçir. Bir dənə rolu olan insana, başqa vəzifələr də yükləyib onu hər şeyimiz etmə istəyinin altında məsuliyyətdən qaçma arzusu yatır. Çünki biri hər şeyimiz olsa öz işimizin azalacağını düşünürük. Məsələn, 'yoldaşım mənim hər şeyim' deyə düşünən adam üçün həyat yoldaşının varlığı, həyatda çox şeyə sahib olmaq deməkdir.

Onu yalnız yoldaş olaraq görsə bir çox şeyi itirir və özünə daha çox iş düşür. Özünü inkişaf etdirməsi və daha güclü olması lazımdır. Çünki, həyatda dinc və xoşbəxt olmaq üçün hər kəsin məsuliyyətləri vardır. Əksikliyini hiss etdiyi maddi və mənəvi ehtiyacları aradan qaldırmasını tək bir adamdan gözləmək adamın öz üzərində dəyişmə və gəlişimimi inkişaf etməsini də maneə törədir.

Heç kimin mütləq güc sahibi olmadığını xatırladan Yasemin Uçal, yoldaşımızın hər şeyimiz olmasını gözləmənin inancımıza da tərs düşdüyünü söyləyir. Evlənən insanların bir daşla saysız quş vurmaq istədiyini ifadə edən Uçal belə deyir:

"Biri hər şeyimiz olacağına, yalnız rolu nəyi tələb edirsə o olsun. yoldaşımız dostumuz dost, uşağımız uşaq, anamız ana, atamız ata olaraq qalsın. Onlardan fərqli rollar gözləmək həyatımıza bir çox mənfilik gətirər. Həyat yoldaşı da şəfqət göstərə bilər; amma ana-ata yerinə qoyula bilməz. Yoldaşımızla inteqrasiya olunuruq; amma dünyaya tək gəlib tək getdiyimizi unutmayaq. Hər kəs etdiyindən özü məsuldur. Bizi yaradan və dincliyinə dönəcək olduğumuz Allah (s) ancaq hər şeyimiz ola bilər. Qarşımızdakının yalnız özünə düşən məsuliyyəti bilməsi və ona görə davranması həyatı təşkil edən bir vəziyyətdir."



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!