Stres Nədir?

Stres Nədir?
Xəstəliklər və müalicəsi
10.09.2017 63
Tez-tez eşitdiyimiz bir termindir stress. Stress olmaq, stressə girmək, stress etmək ... Lakin stress tam olaraq nədir? Zehinimiz və ya bədənimizdə nə kimi dəyişikliklərə səbəb olur? Sağlamlığımıza təsir edərmi? Sizin üçün bu suallara cavab tapmağa çalışacağıq.

Hər yaşda və hər dövrdə, həyat bizə müəyyən sürprizlər hazırlayır. Bunların bəziləri bizi sevindirər, kimiləri də təzyiq altında hiss etməmizə səbəb olar. Xüsusilə təhsil dövründə, imtahandan imtahana Qaçdığımız dövrlərdə, stressin pəncəsinə düşərik. Universitet imtahanına hazırlandığınız dövrdə hiss etdiklərini kim unuda bilər ki? O dövrlərdə öskürək şikayətiylə belə həkimə getsəniz, "strestendir" deyə diaqnoz qoyulardı. Həkimlər bu mövzuda çox da haqsız sayılmaz əslində. Çünki xüsusilə uzun davamlı stressin, bədənimiz üzərində çox müxtəlif təsirləri ola bilir və bunlar, hər bünyədə fərqli şəkillərdə ortaya çıxır. Bu təsir müxtəlif dəri narahatlıqlarından ürək ritmində pozulmağa, astımdan immunitet sisteminin çökməsinə və bir çox psixoloji narahatlığa qədər gətirib çıxarda bilər. Belə düşünəndə, stress üçün boşuna "çağımızın xəstəliyi" deməyiblər.



Üstəlik bu hiyləgər düşmən, bizə həm fizioloji, həm də psixoloji yoldan hücum edir. Yalnız psixoloji təzyiq altında qaldığımızda deyil, fiziki təzyiq altında qaldığımızda da bizi ələ keçirir. Həddindən artıq yorğunluq, yuxusuzluq, spirt istehlakı, həddindən artıq narahatlıq ... Bütün bunlar, imtahanlar bitsə də diqqət yetirməmiz lazım olan faktorlardır.

Stress Əlamətləri

    Yaddaşda zəifləmə

    Diqqətli olmada çətinlik məcbur edilmə

    Qərar vermə bacarığınının çətinləşməsi

    Baş qarışıqlığı

    Ruh halında anlıq dəyişikliklər

    Gərgin olma

    Tez hirslənmə və ya təhrik olma

    Təklik hissi

    Əhəmiyyətsiz hadisələrə baş qoşmaq və bunları qayğı məsələsi etmə

    Pessimizm

    İnsanın, hadisələrlə başa çıxa bilmədiyini hiss etməsi

    Baş ağrısı

    Cinsi istəksizlik

    Kramplar

    Davamlı xəstələnmə

    Kiloda və iştahta çox çox artma ya da azalma

    Hadisələr qarşısında qərar vermə və hücum etmədə istəksizlik

    Dırnaq yemə

    Diş gıcırdatma

    Kef verici maddələrə yönəlmə

    Həddindən artıq məşq etmə

    Çox çox və ya az yatmaq

Əgər siz də özünüzdə, bu əlamətlərdən bir neçəsini görürsünüzsə, bədəniniz və zehininiz, stressə reaksiya verir deməkdir. Qısa müddətli olduğunda narahatlıq etmənizi tələb edəcək bir vəziyyət yox əlbəttə, lakin bu problemləri uzun müddətdir yaşayırsınızsa, professional kömək istəmənizdə fayda var. Stressdən uzaq, sağlam günlər diləyiylə.






                               Tərcümə etdi: Lovely girl
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!