Sıravi və xüsusi qadınlar

Sıravi və xüsusi qadınlar
Xəstəliklər və müalicəsi
10.09.2017 24
Xüsusi qadınlar- hər girdikləri mühitdə kişilərin dərhal diqqətini çəkən, sirli,hər vaxt baxımlı, çətin əldə edilən, hər an ovucunuzun içindən uçub gedəcək siqnalını  verən, çox danışmadıqları üçün iç dünyalarını bilmədiyiniz

qadınlardır.

Sıravi qadınlar isə- ətrafımızda çox olan , özlərinə ayıracaq vaxtı ümumiyyətlə başqaları üçün istifadə etməyi sevən, salona yalnız xüsusi günlərdə gedən, heç kimin asanca marağını çəkməyən qadınlardır.

Asanca aşiq ola bilən, tərk edildikləri zaman günlərlə yataqdan çıxmayan sıravi qadınları, kişilərini asanlıqla  xəyal qırıqlığına uğratmayan, amma asan xoşbəxt edilə bilən qadınlar olaraq da yekunlaşdıra bilərik.

Sıravi qadınlar xüsusi qadınlara görə  daha güclüdür. Sevə bilən, sevgilərini göstərməyi əsirgəməyən, özlərini olduğundan fərqli göstərməyi bacara bilməyən bu qadınlar, qeyri- şərtsiz bağlılıqlarıyla kişilərinin hər an yanındadır. Bu anlamda hər kişinin sıravi bir qadına ehtiyac duyduğu deyilə bilər.

Halbuki xüsusi qadınlar xüsusi günlər üçündür. Heç bir kişi çətin maddi vəziyyətdə olan işləri ilə boğuşarkən, evdə onu xüsusi bir qadının gözlədiyi düşüncəsiylə yanıb alovlanmaz.

Sıravi qadınların əksəriyyəti xüsusi qadınlara oxşamaq istəyər, onlar qədər diqqət çəkici olmağı xəyal edər.Eynilə xüsusi qadınlar da öz içlərində  sıravi bir həyat arzulayar,amma reallaşdıra bilməzlər.

Əslində sıravi qadınlar çox xüsusidir, sıravi yaşamağı qəbul etdikləri və əslində bunu heç kəşf edilə bilmədikləri üçün.

Bu səbəblə kişilər sıravi qadınlara sahib olub, həyatları boyunca onun

əslində çox xüsusi olduğunu fərq edə bilmədən hələ o xüsusi qadını axtararaq keçirərlər həyatlarını.

[b][/b]Tərcümə Etdi: NİGAR_CAVAD

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!