Qadınlar çox üşüyür

Qadınlar çox üşüyür
Xəstəliklər və müalicəsi
10.09.2017 59
Kimisi soyuğa daha dayanıqlıykən, kimisi  nədənsə heç cür istilənməz?

Kişilər qadınlara nisbətən soyuqdan daha az təsirlənir?

İdman həkimi Joachim Latsch hər kəsin özünə xas bir üşümə tərzi olduğunu ifadə edir və bunun səbəbi "Hər insanın dərisində isti və soyuğu qəbul edən sensorlar mövcud olduğunu bildirir. Bu sensorların dağılmasının fərqli olması səbəbiylə hər kəsin istilik qəbulu da fərqlidir" deyir.

Məsələn bəzi insanların qulaqlarında soyuğu qəbul edən sensorlar çox olduğu üçün qulaqları çox üşüyərkən, bəzilərində bunlar ayaqlarda çox olur ayaqları heç cür istilənmir.

Joachim Latsch, "İnsandan insana bir az fərq olmaqla hamımızın bədən istiliyi təxminən 36,5 dərəcədədir. Aradakı fərq yalnız 4-5 dərəcə olsa da bu istinin 42 dərəcəni keçməsi, həyati təhlükə mənasına gəlir. Yenə 30 dərəcənin altı da olması eyni şəkildə ölümcüldür" deyir.

Bədən istiliyi həddindən artıq düşdüyündə ürək və beyin kimi həyati əhəmiyyət daşıyan orqanlar vəzifələrini yerinə yetirə bilmir .Bu da huşunu itirmə və hətta donaraq ölməyə gətirir. Bu səbəblə bədən istiliyindəki ən kiçik bir eniş, həyəcan siqnallarının  başlamasına səbəb olur. Gözlə görülə bilən ilk siqnal, bədəndəki tüklərin tikan tikan olmasıdır.

Joachim Latsch sözlərini belə davam etdirir: "Bu insanların bədəninin tamamilə tüklərlə örtülü olduğu zamanlardan qalma bir şeydir. Sahib olduğumuz bütün tüklərin çıxış nöqtəsində kiçik bir əzələ mövcuddur. Soyuqla qarşılaşdığında bu əzələ sıxılır və bu da tüklərin dikləşməsini təmin edir."

Bu hərəkətin təməlində tüklər arasında bədəni istilədəcək bir hava təbəqəsi meydana gətirmə məntiqi yatır. Latsch bədənin soyuğa qarşı başqa bir reaksiyanında  titrəmə və dişlərin bir-birinə vurması olduğunu ifadə edir: "Bədən 'Üşüyürəm, onda nəsə etməliyəm' deyir. O nöqtədə əzələlərdə titrəmə başlayır.Bu əzələlər titrəməyə başladığında çənəmiz çox hərəkətli olduğundan dişlərimiz sürətli bir şəkildə bir-birinə dəyməyə başlayır."

Əzələlərdəki titrəmə hərəkəti dövranı sürətləndirib istiləşməmizi təmin edir. Bədəndəki əzələ nisbəti də yenə üşümə üzərində təsirli bir başqa faktordur. Qadınların bədəni ortalama yüzdə 25 nisbətində əzələdən meydana gələrkən, kişilərdə bu nisbət ortalama yüzdə 40 səviyyəsindədir. Bədəndəki əzələ nisbəti yüksəldikcə soyuğa dayanıqlılıq da artır. Qadınların çox üşüməsinin altında da bu səbəb yatır. Yəni soyuğa dayanıqlılıq üçün bir az kilolu olmanın üstünlükləri vardır.

Joachim Latsch, "Üşümək istəmirsinizsə kilo almaq yerinə, qalxıb hərəkət edin" deyir.



/Mənbə: Qadınlar.biz/

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!