Bədənin mökəmləndirilməsi üsulları

Bədənin mökəmləndirilməsi üsulları
Xəstəliklər və müalicəsi
10.09.2017 64
Bədənin mökəmləndirilməsi – xəstəlikləri müalicə etmir, onların qarşısını alır. Bu, onun çox vacib olan profilaktik roludur.
Bədəni mökəmləndirilmiş olan insan nəinki, istini, soyuğu, həmçinin,
orqanizmin müdafiə qüvvələrinin zəifləməsinə səbəb ola bilən havanın
kəskin temperatur dəyişmələrini də yüngül şəkildə keçirə bilər. Məsələ
bundan ibarətdir ki, biz bədənimizi möhkəmləndirərkən öz immun
sistemimizi də məşq etdiririk. Müntəzəm olaraq məşq edilmədiyi halda,
hər bir digər orqan və sistem kimi, immun sistemi də zəifləmiş olur.
Bədənin möhkəmləndirilməsi zamanı istifadə olunan üsullar vasitəsi ilə
orqanizm üçün ekstremal hesab edilən müxtəlif vəziyyətlər yaradılır. Bu
zaman immun sistemi də təcili olaraq öz mübarizə üsullarını
aktivləşdirir.

Fiziki inkişafı səviyyəsindən asılı olmayaraq
istənilən yaş qrupuna aid olan insanlar öz bədənlərinin
möhkəmləndirilməsi ilə məşğul ola bilərlər. Yüksək qızdırma ilə müşayiət
olunan xəstəliklərdən savayı bədənin möhkəmləndirilməsi üçün əks
göstəriş yoxdur. Yadda saxlamaq lazımdır ki, bədənin möhkəmləndirilməsi
fasiləsiz və sistemli şəkildə aparılmalıdır. Bədənin möhkəmləndirilməsi
üzrə 2-3 ay ərzində aparılan prosedurlar daha sonra saxlanılarsa,
orqanizm yaxın 3-4 həftə (uşaqlarda isə 5-7 gün) ərzində öz möhkəmliyini
itirmiş olur. Buna görə də əgər hər hansı bir səbəbdən siz, uzun müddət
ərzində, bədənin möhkəmləndirməsi prosedurlarını saxlamış olsanız, bunu
davam etdirmək üçün yenə də lap əvvəldən başlamaq lazım gələcək.
Bədənin
möhkəmləndirilməsi prosesində sistematikliyə əməl etməkdən savayı, bunu
tədricən etmək də çox vacibdir. Bədənin möhkəmləndirilməsi yalnız o
halda müsbət nəticə verəcəkdir ki, bu zaman tətbiq olunan prosedurların
qüvvəsi və müddəti yavaş-yavaş artırılmış olsun. Bədənin
möhkəmləndirilməsini — dərhal bədənə qar sürtməklə və ya buzlu suda
çimməklə başlamaq olmaz. Belə tələsik və düşünülməmiş möhkəmləndirmə
orqanizmin sağlamlığına zərər gətirə bilər.
Bədənin
möhkəmləndirilməsi insan orqanizminə (xüsusən də bu işə yeni
başlayanlarda) güclü şəkildə təsir edir. Buna görə də bədənin
möhkəmləndirilməsi prosedurlarına başlamazdan əvvəl mütləq həkimlə də
məsləhətləşmək lazımdır. Bədənin sağlamlıq dərəcəsini, yaşınızı nəzərə
alaraq, həkim sizə bədənin möhkəmləndirilməsi üsullarının düzgün
seçilməsində, onlardan istifadə qaydaları barədə dəyərli məlumatlar
verməklə, onların orqanizmə verə biləcəkləri mənfi təsirlərin qarşısının
alınmasında kömək edəcək.
Bədənin möhkəmləndirilməsi — orqanizmin
müdafiə qabiliyyətinin artırılması vasitəsi kimi, insanlara qədim
zamanlardan da məlum idi. Praktik olaraq bütün müxtəlif qədim
dövlətlərin – Qədim Roma və Qədim Yunanstan, Qədim Çin, Qədim
Hindistanın — qədim mədəniyyətlərində insan bədəninin və ruhunun
möhkəmləndirilməsinin profilaktik vasitələri kimi istifadə olunmuşdur.

Qədim çin kitablarının birində sağlamlıq haqqında belə yazılmışdır: "Müdrük adam xəstəliyi öz bədənində hələ olmadığı zamandan müalicə etməyə başlayır. Çünki
xəstəlik başlandıqdan sonra onun müalicəsinə başlamaq mənaca o deməkdir
ki, insan su axtarmaq üçün quyu qazılması prosesinə yalnız susuzluq onu
əldən saldıqda və ya silah hazırlanmasına isə düşmənlə dava getdiyi
zamanda başlayır. Məgər bu çox gec deyil?"

Bədəni hava, günəş və sudan istifadə etməklə möhkəmləndirmək olar.
İnsan
sağlamlığının möhkəmləndirilməsi üçün, açıq havada heç olmasa 30 dəqiqə
— 1 saat ərzində olan gündəlik (!) gəzintinin böyük əhəmiyyəti vardır.
Belə hava vannalarının təsiri altında ürək-damar, sinir, tənəffüs
sistemlərinin fəaliyyəti, qanın tərkibi (qanda eritrositlətim miqdarı və
hemoqlobinin səviyyəsi artır) yaxşılaşır.
Bədənin açıq havada
keçirilən möhkəmləndirilməsinin effektivliyinin artırılması şərtlərindən
biri geyimin düzgün seçilməsidir. Belə ki, geyinilən paltar havaya
uyğun olmalı, insan özünü bu paltarda rahat hiss etməli, ona soyuq və ya
isti olmamalıdır, insan tərləməməlidir.
Günəş şüaları insan
orqanizmi üçün çox xeyirlidir. İstiliyin təsiri altında insan
dərisindəki tər vəzilərinin fəaliyyəti güclənmiş olur. Bu zaman orqanizm
üçün zərərli hesab olunan maddələrin bir çoxu tər vasitəsi ilə bədəndən
xaric edilir. Belə halda həmçinin, böyrəklərin üzərinə düşən yük də bir
qədər azalmış olur. İsti — orqanizmin bütün toxumalarında qan
dövranının yaxşılaşmasına səbəb olur. Günəş şüalarının təsiri altında
insanın dərisində, insan sağlamlığı üçün çox vacib olan D vitamini hazırlanır.
Günəş şüaları bakterisid (mikrobları öldürən) xüsusiyyətə malikdir. Bu
şüalar, soyuqdəyməyə və müxtəlif infeksiyalara qarşı orqanizmin
müqavimətinin artırılmasında iştirak edir, orqanizmə tonuslandırıcı
təsir göstərirlər. Yay fəslində günəş vannaları qəbul edilməsi üçün ən
yaxşı vaxt səhər saat 8-dən 11-dək və günortadan sonra isə saat 17-dən
19-a qədərdir. Ancaq onu da yadda saxlamaq lazımdır ki, isti günəş
şüaları altında həddindən artıq dərəcədə qalmaq orqanizmi nəinki
möhkəmləndirir, hətta ona xeli dərəcədə ziyan vurur.
 
Su – insan orqanizminini möhkəmləndirilməsi üçün ümumi qəbul olunan bir vasitədir.Bədənin su ilə möhkəmləndirilməsinin aşağıdakı üsulları vardır:
1) Bədəni yaş dəsmalla sürtmə. Bu,
bədənin su ilə möhkəmləndirilməsinin ilkin mərhələsi hesab olunur. Bu,
su prosedurları içərisində ən zərifidir. Onu uşaq yaşlarından başlayaraq
istənilən yaşlarda tətbiq etmək olar. Onu otaq temperaturunda olan yaş
dəsmalla, suya batırılmış süngərlə ("qubka”) etmək olar. Sürtmə
aşağıdakı ardıcıllıqla yerinə yetirilir: boyun, sinə, kürək. Sonra
onları qurulayaraq dəri qızarana qədər dəsmalla sürtürlər. Bundan sonra
yaş dəsmalla ayaqları da sürtürlər. Bütün bu prosedur 5 dəqiqə ərzində
davam etdirilir.
2) Bədənin üzərinə su axıtmaq. Bu isə, bədənin su ilə möhkəmləndirilməsinin növbəti mərhələsidir. İlkin su axıtma prosedurunu +
30°С-dən başlayaraq tədricən + 15°С-dək azaltmaq məsləhət görülür. Su
axıdılması prosedurundan sonra bədəni fəal şəkildə dəsmalla sürtmək
lazımdır. Bu prosedurlara yay aylarında və daha yüksək temperaturlardan
başlamaq lazımdır. Bu prosedur 20-40 saniyə müddətində aparılmalıdır.
3) Duş qəbul edilməsi - bədənin
su ilə möhkəmləndirilməsi üçün daha effekltiv prosedur hesab olunur. Bu
prosedurun ilk mərhələlərində suyun temperaturu +30-32°С arasında
olmalı və 1 dəqiqədən artıq davam etməməlidir. Sonrakı mərhələlərdə
suyun temperaturunu tədricən azaltmaq prosedurun qəbul müddətini isə 2
dəqiqəyədək (duşdan sonra bədənin fəal şəkildə dəsmalla sürtülməsi də
daxil olmaqla) artırmaq olar. Daha sonralar isə kontrast duşlara keçmək
olar. Bu zaman 3 dəqiqə ərzində 2-3 dəfə olmaqla temperaturu 35-40°С
olan isti duşu temperaturu 13-20°С olan soyuq su ilə növbələmək
lazımdır.
Bədənin möhkəmləndirilməsi üçün su ilə ümumi prosedurlarla yanaşı yerli prosedurlar da keçirilir. Onlardan
ən çox tətbiq edilənləri, soyuq su ilə ayaq pəncələrinin yuyulması və
boğazın qarqara edilməsidr. Bu yolla biz ən tez soyuqlayan bədən
hissələrini mökəmləndirməyə çalışırıq.
Ayaq pəncələrinin yuyulması
bütün il boyu yatmamışdan əvvəl aparılmalıdır. Prosedurun ilkin
mərhələlərində suyun temperaturu 26-28°С olmalı, sonrakı mərhələlərdə
isə tədricən 12-15°С-dək azaldılmalıdır. Yuyulmadan sonra ayaq dərisi
qızarana qədər dəsmalla silinməlidir.
Boğazın (udlağın) qarqara
edilməsi – hər gün səhər və axşam edilir. Prosedurun ilkin
mərhələlərində suyun temperaturu 23-25°С olmalı, sonrakı mərhələlərdə
isə hər həftə 1-2°С azaldılaraq tədricən 5-10°С-yə çatdırılmalıdır.
Yadda saxlamaq lazımdır ki, əgər sizdə ağız boşluğunun və udlağın
xəstəlikləri (xroniki tonzillit və s.) vardırsa, boğazın (udlağın)
qarqara edilməsinə yalnız həkim məsləhətindən sonra başlamaq olar.
Hamam
və saunaya getmək də bədənin möhkəmləndirilməsinə çox yaxşı təsir edir.
Bu prosedurların təsiri nəticəsində orqanizmin iş qabiliyyəti və
emosional tonusu artır, qan damarları genişlənir, orqanizmin bütün
toxumalarında qan dövranının güclənməsi baş verir. Yüksək temperaturun
təsiri altında dəridən güclü şəkildə tər xaric olur ki, bu da maddələr
mübadiləsinin zərərli məhsullarının orqanizmdən xaric olmasına kömək
edir. Müntəzəm olaraq hamam və saunaya gedilməsi nəticəsində orqanizmin
soyuqdəyməyə və infeksion xəstəliklərə qarşı olan müqaviməti yüksəlmiş
olur.
Ancaq hamam və saunaya tez-tez getmək də məsləhət deyil. Bununla siz sağlamlığınıza zərər verə bilərsisniz.
Bundan əlavə hamam və saunaya getməyə əks-göstəriş olan xəstəliklər də
vardır: ürək qüsurları, hipertoniya, ürəyin işemik xəstəliyi,
ateroskleroz, varikoz, ağ ciyər xəstəlikləri, bronxial astma, xora
xəstəliyi, bədxassəli şişlər, qalxanvari vəzinin xəstəlikləri və s...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!