Boşanmaq istəyirsiniz?

Boşanmaq istəyirsiniz?
Xəstəliklər və müalicəsi
10.09.2017 109
Boşanmaq istəyirsiz? Elə isə bu topik  tam sizlikdir.

Son günlər az qala dəb halına çevrilmiş boşanmaların sayı günü-gündən
artmaqdadır. Əlbəttə mənim fikrim onları qınamaq, ya da nədəsə təqsirkar
bilmək deyil.

Əminəm ki, heç bir insan ayrılmaq üçün ailə qurmur. Əlbəttə hər kəsin
özünə görə  səbəbləri olur. Bəzən istəyərək, bəzən də istəmədən boşanmaq
məcburiyyətində qalır.

Mən indi boşanmaya gətirən səbəbləri araşdırmayacaq, boşanmayın deyə
təkid etməyəcək, nə də bunun mənfi tərəfləri haqqında danışmayacam.

Əslində, siz özünüz bunları hamıdan yaxşı bilirsiz. Çox zaman da elə
bildiyimiz şeylər üzündə əziyyət çəkirik, amma işləri yoluna qoya da
bilmirik.



Bu yaxında bir Türk saytında oxuduğum ibrətəmiz hekayə diqqətimi çəkdi.
Onu Sizlərlə paylaşmaq istədim. Olduğu kimi də yazacam.Oxuyun ,sonra
özünüz qərar verin, boşanmaq istəyirsiniz ya yox.

"Dostum bizə hər dəfə gələndə bezdirici ailəsindən danışırdı. Xanımı ilə
heç yola getmirdi. Evdə hər gün adi səbəblər ucbatından dava-dalaş
olurdu. Artıq bezmişdi, ayrılmaq həddinə çatmışdı. Bunların söz-söhbəti
ucbatından ailələri də bir-birinə düşmən gözü ilə baxırdı. Xanımı onun, o
da, xanımının ailəsi ilə qanlı-bıçaqlı kimi idilər.

Bir gün dostum bizə gəldi. Vəziyyəti heç yaxşı deyildi. Ayrılmaq
qərarına gəlmişdi. Heç bir nəsihət dinləyəcək halı yox idi. Düşündüm ki,
"İlahi, mən buna nə deyim?”. "Ayrılsan da nə fərqi, onsuz sənin bir
aylıq ömrün qalıb, nə istəyirsən get, elə! ”-dedim.Bu sözümü eşidəndə
şok oldu. Rəngi avazıdı, yenə də pərişan bir halda çıxıb getdi.

Sonrasını dostlarımdan və özündən eşitdiyim üçün bizdən gedən kimi nə etdiyini danışım:

" Qapıdan çıxan kimi yaxın dostları ilə halallaşmağa başlayır-
rastlaşdığı hər kəsdən hallallıq alır. Evə gedib dalaşdığı xanımına "
Xanım gəl, bu qədər vaxtdır səni incitdim, sənə yaxşı ər ola bilmədim,
nə istədiyini başa düşə bilmədim, sənə layiq ola bilmədim, nə olar məni
bağışla, haqqını halal elə”-deyir. Təbii ki bu sözləri ağalaya –ağlaya
deyir. Xanımı da görür ki, ay Allah, bu adama nə oldu belə, heç belə
etməzdi. Ürəyi yanır ona, "Əzizim, deyir, sən haqqını halal et, mən hər
zaman ədəbsizlik etdim, səni çox incitdim.” Başlayırlar ağlamağa,
qucaqlaşıb barışırlar.

Sonra adam davalı olduğu qaynanası, qaynatasına gedir, eyni şəkildə
onlara da deyir ki, "Mən sizə övladlıq edə bilədim, üzr istəyirəm,
haqqınızı halal edin. Onlar da təəccüblənirlər, "Oğlum, deyirlər, biz
sizə yaxşı valideyinlik edə bilmədik, sizin aranızı çox zaman biz
pozduq. Sən bizi bağışla, haqqını halal et”-deyir, ağlayırlar. Sonra
arvadı da bunun davalı olduğu ata-anasına gedib, üzr istəyir, "Sizə
yaxşı gəlin ola bilmədim”- deyir. Onlar da eyni şəkildə pis olurlar, yox
sən bizi bağışla deyirlər. Qucaqlaşıb barışırlar.

Evdə isə hər gün sanki cənnətdə kimi yaşıyırlar. Bir-birinin qulluğunda durub, bir-birlərini heç incitmirlər.

Amma dostum mənim dediyimi heç deyə bilmir, bir ayın bitməsi üçün
günləriin sayır. Günlər keçdikcə bunun yaxşılıqları artır, ibadətləri
çoxalır. Bunun yaxşılığı çoxaldıqca, xanımının, aiəsinin də yaxşılığı
çoxalır.

Beləcə, bir ay olur. Hər gün öləcəm deyə fikirləşərkən, ağlına gəlir ki,
bəlkə də bir aydan bir az çox çəkər. Amma gün keçdikcə baxır ki, ölmür.


Sonra yanıma gəldi, "Əfəndim, mən ölmədim”dedi. "Nə ölməyi?”
dedim."Əfəndim siz mənə bir aya qədər ömrün var, demişdiz, mənsə vaxt
tamam olsa da ölməmişəm”-dedi.

"Qardaşım, mən sənin nə zaman öləcəyini deyə bilmərəm. Amma bunu bilirəm
ki, ölüm var, bir gün vaxtın gəlincə əlbəttə öləcəksən. Öləcək adam
dava-dalaşla həyatını zəhər etməz. Bu həyatından razısanmı?”- dedim.
"Bəli, heç dava etmirik”-dedi. "Belə də davam edin”-dedim. Sonradan iki
uşaqları da oldu, indi çox gözəl ailəsi var. ”

Sadəcə bütün məsələ hər zaman var olan ölümü unutmaqdadır.//KayzeN
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!