Döş implantlarının xərçəng təhlükəsi

Döş implantlarının xərçəng təhlükəsi
Xəstəliklər və müalicəsi
10.09.2017 34
 
Alimlər bildirirlər ki, döşlərin ölçüsünün artırılması üçün tətbiq edilən plastik əməliyyatlar qadınların həyatını risk altında qoya bilər.
Bu cür qadınların döş xərçəngindən ölmə riskləri başqalarından 38 faiz çoxdur.
Alimlər bu rəqəmin doğruluğunu 20 illik təcrübədən öyrəniblər.
Onlar bildirirlər ki, döş implantları ilə xərçəng arasında birbaşa əlaqə olmasa da, implantlar tibbi müayinə və rentgen müayinəsi zamanı şişlərin görünməsinə və deməli vaxtında diaqnoz qoyulmasına mane olur.
Elmi dildə "auqmentasiya” və ya döşlərin doldurulma yolu ilə böyüdülməsi əməliyyatları son illərdə dəbə minib.
Britaniya Estetik Plastik Cərrahlar Assosoiyasiyası bildirir ki, auqmentasiya indi ən adi əməliyyatlardan biridir.
Hazırda plastik əməliyyat keçirənlərin 25 faizi döşlərini böyütmək istəyənlərin payına düşür.
Təkcə ötən il 40 min qadın bu əməliyyatdan keçib. 2007-ci illə müqayisədə bu, 56 faiz artım deməkdir.
Britaniyada əməliyyatın qiyməti təxminən 5 min funt sterlinqdir.
İmplantlar əsasən silikondan və ya duz məhlulundan ibarətdir ki, bu kütlə radio keçiriciliyə malik deyil. Bu isə öz növbəsibndə rentgen aparatının işini əngəlləyir.
Belə olduqda rentgen döşün beşdə dörd hissəsini "görmür”.
 



Zülfüqar Rüfətoğluскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!