Dəyişmədən qorxursunuz?

Dəyişmədən qorxursunuz?
Xəstəliklər və müalicəsi
10.09.2017 73
Dəyişmə qorxusunu üstələmənin üsulları...
Qorxu: İndi qorxusu, sonra qorxusu, gələcək qorxusu, müvəffəqiyyət qorxusu, müvəffəqiyyətsizlik qorxusu... Siyahı belə uzanıb gedə bilər qorxu deyincə. Bu dünyada yaşayıb, yaşaya biləcəyimiz hər şey üçün qorxu hiss edərik. Yaxşı, qorxu nədir? Niyə  həyatı bizə zəhər edən, irəliləməmizə imkan vermədən bizi izləyən, bir irəli, bir geri addım atdıran bu duyğu? Əslində qorxu, ilk insanca duyğumuz ən başından bəri var olanıdır. Qorxu elə əhəmiyyətli bir duyğudur ki, eyni zamanda həyatda qala bilməmiz üçün də lazımlıdır.
Keçmişdə insanlar şiri görməyə ehtiyac duymadan  "şir" sözündən belə qorxardılar. Niyə? Səbəbi çox sadədir! Keçmiş insanın başındakı həqiqətlə şir və ölümün qaynaşmış olmasıdır. Artıq şir deyincə qorxmuruq belə, ən azından Afrikada yaşamırıqsa. Yaxşı, bu günün qorxuları nələrdir? Nələr başımızda "şir" təsiri yaradır? Bu suala veriləcək ən əhatəli cavabın "dəyişmə" olduğunu düşünürəm. Dəyişmək dediyimizdə hamımızın ağılına fərqli şeylər gəlsə də, alışılmışı buraxmaq, yəni əslində "mənliyimizin təsdiqlənməmə ehtimalı"nı ortaya çıxarmaq çoxumuz üçün çox qorxuducudur. Hələ bu dəyişmə tələbi xaricdən gəlirsə, iş daha da dəhşətlidir.
Dəyişmə qorxusunu üstələmənin tək yolu, dəyişməyə duyulan ehtiyacın fərq edilməsi ya da adamın dəyişə bilmək üçün daxili bir motivasiyanının olmasıdır. Yaxşı, hər dəyişmək istəyirəm deyənin dəyişmək istədiyinə əmin ola bilərik? Bu problemin cavabı təəssüf ki, böyük bir "xeyr" deməkdir. Dəyişmənin bu qədər çətin olmasının ən böyük səbəbi əslində hamımızın buna müqavimət göstərməsi, bir tərəfdən dəyişmək istədiyimizi deyərkən, digər tərəfdən əslində olduğumuz şeyin təsdiqlənməsinə duyduğumuz ehtiyacdır.
Bu qədər dəyişmək çətindirsə , o zaman dəyişmələr necə reallaşır. Sistem belə işləyir. Adam bir krizislə mübarizə apardığında və köhnə üsullarla bununla başa çıxa bilmədiyində fərqli bir şey olur. "Şirin təhlükəli olması" kimi dəqiq olmadığımız mövzularda, başımız analiz etməyə başlayır. Analiz etmək üçün enerjiyə ehtiyacımız var və çox təəssüf ki- ya da nə yaxşı ki- krizis zamanlarında buna çox enerjimiz olmur.  Tam bu sırada dəyişməni başlatmaq üçün yeni bir dünyagörüşü, yeni bir cümləcik, bəzən tək bir söz faydalı olur.
Dəyişməni gətirən şeylərin bir ikincisi də bizə bu krizis anında nəyin kim tərəfindən deyildiyidir. Bizə danışanın "dəyəri" qədər təsirli olduğunu bilirik. Bu dəyər qətiliklə adamdan, adama dəyişə bilir. Qarşımızdakının qiymətli olması və ya olmaması ona müsbət və ya mənfi mənada necə bağlı olduğumuzla əlaqədardır.Bunun üçün çox sevdiyimiz ya da nifrət etdiyimiz insanların bizə söylədikləri üzərimizdə bu qədər təsirli olur. Təbii ki, çox ciddi bağlandığımız birinin bizə dedikləri faydalı ola bildiyi qədər, zərər verici də ola bilər.
Qorxu və dəyişmə. Hər ikisi də daha keyfiyyətli həyatlar davam etdirə bilməmiz üçün lazımlıdır. Həyatı sıxılmadan yaşaya bilmək, günün hər anını və xatirəsini dada bilmək üçün lazımlıdır. Bir az da cəsarət!
/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!