Sakitləşmək üçün 5 dəqiqə kifayətdir

Sakitləşmək üçün 5 dəqiqə kifayətdir
Xəstəliklər və müalicəsi
10.09.2017 158
Sakitləşmək üçün etdiyiniz uzun meditasiya seanlarını unutduracaq, stresinizi idarə altına alacaq bu təkliflər sayəsində özünüzü daha yaxşı hiss edəcəksiniz.

Addım 1: 2 dəqiqə
Səssiz bir mühitdə saatlarla meditasiya etmənizə ehtiyac yoxdur. Bunu istədiyiniz vaxt hər yerdə edə bilərsiniz. Bir yerə oturub dərin nəfəs alın, yalnız bədəninizin nə hiss etdiyinə diqqət yetirin. Kürəyinizi stula yaxşıca söykəyin, ayaqlarınızı möhkəm bir şəkildə yerə basaraq və qollarınızı iki yanınızda sərbəst buraxın. Gicgahlarınızdan başlayaraq gərginliyi bədəninizin hansı bölgələrində hiss etdiyinizi anlamağa çalşın. Heç bir şeyi düşünməyin və fikrinizi cəmləyin.
Addım 2: 30 saniyə
Özünüzü ən stresli hiss etdiyiniz anlar, eyni anda bütün problemlərinizə cəmləndiyiniz anlardır. Belə zamanlar, ətrafınızdakı hər kəsin sizi qıcıqlandırdığını və əsəbiləşdirdiyini düşünməniz sizin üçüc son dərəsə uyğundur. Meditasiya etmək üçün oturduğunuz anda " çox stres içindəyən və daha az stres yaşamaq istəyirəm" deyə düşünüb bunu təkrar etmək yerinə, özünüzə konsentrasiya olub zehininizi yüngülləşdirməniz  daha asan olar  və tez sakitləşərsiniz.
Addım 3: 2 dəqiqə
İndi dərin nəfəslər alıb verdikcə hislərinizdə nəyin artıb nəyin azaldığına diqqətinizi cəmləyin. Bədəninizi rahatlaşmağa məcbur etməyin və sadəcə nə hiss etdiyinizi anlamağa çalşın. Dərin nəfəs alın, 10-a qədər sayın və yavaşca nəfəsinizi verin. Bunu bir neçə dəfə təkrarlayın.
Addım 4: 30 saniyə
Son 30 saniyədə isə ağlınıza, tamamilə azad qalması üçün icazə verin. Nəfəs alıb verməyə cəmlənməyi bir kənara buraxın və yalnız nə etmək istədiyinizi düşünün. Bunun sayəsində təbii bir şəkildə rahatlaşdığınızı və bütün problemlərinizdən uzaqlaşdığınızı hiss edəcəksiniz. Bunları bir dəfə etdikdən sonra rahatlaşmaq üçün yalnız 5 dəqiqəyə ehtiyacınız olduğunu anlayacaqsınız.

/Mənbə: Qadınlar.biz/
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!