Həyat yoldaşımla necə barışım?

Həyat yoldaşımla necə barışım?
Xəstəliklər və müalicəsi
10.09.2017 202
Həyat yoldaşımla necə barışım? Bu sualla istənilən
qadın rastlaşır. Boş səbəbdən yaranan incikliyi aradan qaldırmaq daha
asandır. Lakin mübahisə mövzusu ciddidirsə barışmaq, xüsusilə birinci
addımı atmaq olduqca çətin olur.
Mübahisə zamanı hər iki tərəf haqlı olduğunu sübut etmək üçün kobud
sözlərdən, yüksək səs tonundan istifadə edir, sonda isə birinci addım
atmaqdan çəkinir. Lakin sübut olunub ki, kişilərdə refleksiya daha zəif
olduğundan mübahisələrdən qadınlar daha çox əzab çəkir. Buna görə ailənin
qoruyucusu olan xanımlar çox vaxt birinci addım atmalı olurlar. Lakin haqsız vəziyyətə düşmədən barışığa ilk addımı necə atmaq lazımdır?
Heç bir söz demədən həyat yoldaşınız üçün şam işığında gözəl şam
yeməyi hazırlaya bilərsiniz. Yoldaşınıza heç bir söz demədən evinizə
ümumi dostlarınızı dəvət edə bilərsiniz. Söhbət zamanı ona müraciət
edərək barışığa addım atmaq daha asan olar.
Psixoloqların fikrinə görə bir-birini itirmək qorxusu barışıq
prosesini ehtiraslı və yadda qalan edir. Çox vaxt belə barışıqlar
nəticəsində dünyaya yeni körpə gəlir.
Lakin bəzən elə hallar olur ki, qadın heç cür barışığa gedə bilmir.
Buna səbəb xəyanət ola bilər. Bu halda yoldaşınızla ciddi söhbət
etməlisiniz, çünki bir damın altında küsülü yaşamaq insan
psixologiyasına ciddi zərbə vurur.
Asılılıq, narkomaniya,
sərxoşluq və ya qumarbazlıq çox vaxt psixoloqa müraciət tələb edir. Bu
halda özünü idarə edə bilməyən həyat yoldaşınızla ciddi söhbət aparmaq
problemi həll etməyəcək.
Səbəb yalan danışmaqdırsa, bunun da səbəbləri fərqli ola bilər.
Məsələn, yoldaşınız gəliri ailədən gizlədirsə səbəbini aydınlaşdırmağa
çalışın. Bu sizin üçün səyahət sürpsizinə hazırlıq üçün atılmış addım
ola bilər. Siz isə boş yerə qalmaqal çıxara bilərsiniz. Buna görə
mübahisə etmədən öncə səbəbləri analiz edin. Axı biz qadınlar, ailəni qorumaq üçün yaranmışıq.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!