Gecə işləyən xanımlar üçün pis xəbər!

Gecə işləyən xanımlar üçün pis xəbər!
Xəstəliklər və müalicəsi
10.09.2017 34
Edilən araşdırmaya görə 30 il gecə işləyən qadının xərçəngə tutulma ehtimalı iki qat çoxdur. 

Gecə işləyən qadınlar xərçəng riski daşıyır. Mütəxəssislərə görə 30 il gecə işləyən bir qadının digər qadınlara görə məmə xərçəngi olma ehtimalı iki qat daha çoxdur. 

Mütəxəssislər süni işıqlandırmanın bədən kimyasını pozduğunu və bu müddətin şişin inkişafını tətiklədiyini düşünür. Kanadalı elm insanları 1134 məmə xərçəngi olan qadınla, 1179 xərçəng olmayan qadınların iş sxemlərini müqayisə etdi. 

Qadınların təxminən üçdə biri həyatları boyunca tibb bacısı, uçuş vəzifəlisi və otel resepsiyonerliyi kimi peşələr edərək gecə işləmək məcburiyyətində qalır. Mütəxəssislər bu qadınları üç qrupa ayırdı. 14 ilə qədər, 15-29 arası və 30 və ya daha çox il işləyən qadınlar qruplara dağıldı. British Medical Journal'on veb saytında nəşr olunan araşdırma sonunda 30 ildən az gecə işləyən qadınların məmə xərçənginə tutulma riskinin digərlərinə görə çox  olmadığı görüldü. Ancaq 30 ildən çox işləmiş qadınlarda xərçəng riski iki qat daha çox olduğu ortaya çıxdı. 

Mütəxəssislər bu vəziyyətə süni işıqların səbəb olduğunu düşünür. Süni işıqların bədənin təbii tarazlığını pozduğu və hormon ritminə zərər verdiyi ifadə edilir. Beləliklə xərçəngi maneə törədən hormon olan melatonin istehsalını basdırır. Bunun nəticəsində östrojen hormonu çox çıxarılır və xərçəng tərpənmiş olur. 

Ontario əyaləti Kingston şəhərindəki Queen Universitetindən Dr Kristan Aronson hadisənin daha dəqiq başa düşülməsi üçün araşdırmanın inkişaf etdirilməsi lazım olduğunu amma ilk nəticələndirərin gecə işləyənlərdə xərçəng hadisələrinin daha çox görüldüyünü  söylədi.


/Mənbə:Qadınlar.biz/

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!