Döş xərçənginə qarşı Türk qəhvəsi

Döş xərçənginə qarşı Türk qəhvəsi
Xəstəliklər və müalicəsi
10.09.2017 112
Özünə xas dadıyla, qoxusuyla, köpüyüylə, hazırlanması və təqdim edilişiylə ənənəviləşmiş, bir növ mədəniyyət halına gəlmişdir Türk qəhvəsi. Damaqlarda buraxdığı ləzzət bir tərəfə, fallara mövzu olmasıyla da xüsusi bir yerə malikdir.

Edilən araşdırmalar, Türk qəhvəsinin sağlamlıq baxımından da çox faydalı olduğunu ortaya qoyur. Beləki gündə içiləcək olan iki fincan Türk qəhvəsi, məmə xərçənginə qarşı qoruyucu bir qalxan meydana gətirir. Daha əvvəl belə bir problemlə qarşı-qarşıya gəlmiş kəsləri isə, xəstəliyin təkrarlanma ehtimalına qarşı qoruyur.

Araşdırmalar, məmə xərçənginin qadındakı östrojen hormonundan qaynaqlandığını ifadə edir. Anti östrojen olaraq istifadə edilən xərçəng dərmanının yanında iki fincan Türk qəhvəsi içilməsi halında söz mövzusu dərmanın təsirinin artdığı, mütəxəssislər tərəfindən ifadə edilməkdədir.

Qəhvənin, xərçəng hüceyrələrinin böyüməsini maneə törətdiyi qəti olaraq isbat edilmiş vəziyyətdədir. Gündə iki fincan şəkərsiz qəhvə qəbul edən qadınların məmə xərçənginə tutulma riskinin 20% daha az olduğu ifadə edilməkdədir.

Yalnız xərçəngə qarşı deyil, prostat, diyabet və alzheimer kimi bir çox xəstəliyə qarşı qoruyucu rolu boynuna götürən Türk qəhvəsi, mətbəxlərimizdə daha çox iştirak edəcəyə bənzəyir.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!