korpe balam

korpe balam
Xəstəliklər və müalicəsi
10.09.2017 68
 
 
Yenə həmin otaq, həmin dəftər və qələmim!
Mənim hisslərimin tam açıldığı bir yer. Hər bir şeyin öz vaxtı var.
Nəyisə əldə etmək istəyirsənsə, onu dəhşətli   dərəcədə arzulayırsan. Öz-özünə deyirsən: "Bu arzum da yerinə yetsəydi, başqa heç nə istəmirəm". Ancaq çətini bu arzunun yerinə yetməsidir. Yenidən nəyisə arzulayirsan. Məktəb illərində universitetə daxil olmaq, tələbəlik illərində sevilmək, sonra ailə qurmaq arzusu ilə yaşayırsan. Daha sonra isə ana olmaq arzusu ilə yaşayırsan. Mənim kimi...
Bütün düşüncəm, planım, duam artiq SƏN olmusan. Həmişə istəmişəmki, ailə qurandan sonra BALAM tez dünyaya gəlsin. Artıq  ailəliyəm. Ancaq hələ varlığını belə hiss etməmişəm. Sən mənim üçün çox tez var olmalısan. Çünki səni mən çox istəyirəm. Sən mənim hər şeyim olacaqsan - varlığını gördükcə sakitləşən, sevinən biri olaram! Nə olar tez gəl! Sənə həqiqətən ehtiyacım var. Sən mənim arzuladığım arzusan! Tez gəl! Bilmirəm burdasan ya yox, amma var olmağını elə istəyirəm ki... Məni duyursanmı görəsən? Bilmirəm... Amma artıq sənsiz yaşamaq maraqsız gəlir. Artıq gəlməyinin zamanı çatıb. Sənin varlığını istəməyən bir kimsə yoxdu. Sənin üçün nə qədər planları olanlar var. Təsəvvür et, bizi nə qədər sevindirərsən. ANA, ATA, NƏNƏ, BABA - çox dəyərli sözlərdir. Səninlə keçirilən nə qədər günlər var. Nə olar, tez gəl. Hərdən düşünürəm: sənin varlığını bildiyim gün nə edərəm? Varlığını bilmək, döyüntünü hiss etmək, tərpənməyini görmək... və səni qucağıma alacağım ilk gün - ən böyük arzum! Məni arzumla yaşatma! Reallığınla yaşat! Zamanından əvvəl yarpaq tökülməz! Qismətdən artıq yemək olmaz! Allahın bildiyi bir zaman vardir! Bunlari dərk etmək üçün SƏBR olmalıdır! Allahım, sən mənim səbrimi alma!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!