Menstruasiya dönəmində ağrıları azaltmağın yolları

Menstruasiya dönəmində ağrıları azaltmağın yolları
Xəstəliklər və müalicəsi
10.09.2017 207
Bütün
 qadınlar menstruasiya dövründə ağrılarla qarşılaşır. Çoxları ağrıları
azaltmağın yollarını bilmir. Halbuki, bəzi çaylar və digər vasitələrin
köməyi ilə ağrının təsirini azaltmaq mümkündür. 
 



Aybaşı
uşaqlıq borusu vasitəsi ilə bədəndən hüceyrənin və qanın uşaqlıq yolu
(vagina) ilə xaric olunmasıdır. Aybaşı qadının həm sağlamlığı, həm də
gələcəkdə hamilə qalması üçün böyük əhəmiyyət kəsb edən bir prossesdir.
 Aybaşı orqanizmdən, qadının çəkisinin boyuna nisbətindən,
qidalanmasından və onun ümumi sağlığından asılı olaraq  10-16
yaşlarından başlayıb,  45-50 yaşadək davam edir. Sağlam qadınlarda
aybaşı müddəti hər ay 3-5 gün və 7 gündən çox olmayaraq davam edir. Bu
zaman qadın orta hesabla 50-100 qram həcmində qan itirir.




Aparılan
araşdırmalara görə qadınların 60 faizindən çoxu menstruasiya dövründə
ağrıların yaşanması halları ilə qarşılaşır. Ağrıların əsas səbəbi
uşaqlıq borusunun sıxılması ilə bağlı olaraq qan və oksigenin
azalmasıdır. Ağrıların şiddətinin hər qadında fərqli olması isə həmin
qadının həyat tərzi, təhsili, sosial səviyyəsi, ya da genetik faktorla
əlaqədardır. 



Qidalanma və bəzi fiziki
hərəkətlərlə ağrıları azaltmaq mümkündür. Ağrılar heç bir vasitə ilə
keçmirsə, ağrıkəsici almaqdan çəkinməyin. Menstruasiyada ağrıların baş
verməsini normal hal kimi qəbul edin, bu yumurtalamanın olduğunu
göstərir. Evləndikdən sonra ağrıların yox olması səhv fikirdir. Ancaq
doğuşdan sonra uşaqlıq yolunun ağzı daha açıq olduğu üçün ağrılar az
hiss edilir. 



Müalicə qaydaları 


Qarının
üzərinə isti su torbaları qoyun. Bu, uşaqlıq yolunda qan dövranını
sürətlənməsinə yol açaraq ağrını azaldır. İlıq duş qəbul etmək, ayaqları
isti suyun içində saxlamaq da fayda verir. Suyun temperature 40 dərəcə
olmalıdır. 
Qidalanma tərzi – B və E vitaminləri ilə mqanezium tərkibli dərmanlar da ağrını azaldır.
Bitki çayları əzələləri yumşaldır. Bu dönəmdə çobanyastığı və razyna çaylarının yararları olur. 
Qəhvə, kola, çay və tərkibində kofein olan qidalardan uzaq durmaq laızmdır. 




Aktiv fiziki hərəkətlər də bir çox hallarda qadınlarda ağrının azalmasına səbəb olur;

Ağrının
azalmasına aşağıdakı idman hərəkəti də kömək edə bilər: arxasıüstə
uzanaraq divar boyu ayaqlarınızı yuxarı qaldırın. Bədən əzələlərinizi
tam şəkildə boşaldaraq bu halda 15 dəqiqə ərzində uzanın. 
Menstruasiya
vaxtı ümumi əhval-ruhiyyənin kəskin şəkildə pisləşməsi, psixi və
nevroloji gərginlik, hər şeyə kəskin reaksiya vermək, depressiya və s.
əlamətlər olduğu hallarda həkim-nevropatoloqa müraciət etməklə
sakitləşdirici dərman preparatlarının qəbul edilməsi barədə məsləhət
almaq olar.




/Qadinlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!