Gümrah olmaq istəyirsinizmi?

Gümrah olmaq istəyirsinizmi?
Xəstəliklər və müalicəsi
10.09.2017 20
Əzələləri gücləndirmək, oynaqların
elastikliyini artırmaq və köklüyə səbəb olan artıq enerjini sərf etmək üçün
gündə ən azı bir dəfə yüngül hərəkətlər etmək lazımdı. Hətta bu hərəkətləri
yataqda da başlaya bilərsiniz.

1-ci hərəkət: Qalxıb yatağınızda oturun.Əllərinizi və barmaqlarınızı qabağa uzadın. Sonra başınızı ayaqlarınıza doğru əyin.
Əzələlərinizin necə gərildiyini hiss edəcəksiniz. Bu hərəkətləri edərkən dərindən
nəfəs alın.
2-ci hərəkət: Arxası üstə uzanın və
qollarınızı yana açın.
Sağ ayağınızı yuxarı qaldırın. 10 saniyə bu şəkildə
saxlayın. Sonra ayağınızı aşağı-yuxarı hərəkət etdirin. Eyni hərəkəti sol
ayağınız ilə də təkrar edin.
3-cü hərəkət: Dizlərinizi sinənizə qatlayın
və bu şəkildə bir qədər gözləyin.
Sonra yenə ayağınızı uzadın. Bu hərəkəti hər
iki ayağınızla 3 dəfə təkrar edin.
4-cü hərəkət: Yatağınızda oturun. Bədəninizi
beldən əyərək əllərinizlə ayaq barmaqlarınıza toxunmağa çalışın. Kürək əzələlərinizin
necə gərildiyini hiss edəcəksiniz. Bir qədər gözlədikdən sonra əvvəlki vəziyyətinizə
qayıdın. Bu hərəkəti 5 dəfə təkrar edin.
5-ci hərəkət: Yatağınızdan ayağa qalxın. Əllərinizi
belinizə qoyun və ayaqlarınızı yana açın. Növbə ilə sağa, qabağa və  sola əyilin. Sonra əvvəlki vəziyyətinizə
qayıdın. Bu hərəkəti 5 dəfə təkrar edin.



Mənbə: Qadinlar.bizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!