Şok! Diabet xəstələri üçün olan dərman 2 min insanı öldürüb!

Şok! Diabet xəstələri üçün olan dərman 2 min insanı öldürüb!
Xəstəliklər və müalicəsi
10.09.2017 29
 
Fransada ən nəhəng əczaçılıq şirkəti "Jaku Servye"yə qarşı ittiham irəli sürülüb. Fransa KİV-nə istinadən verdiyi məlumata görə, prokurorluq şirkətin diabetli xəstələr üçün istehsal etdiyi "Mediator" dərmanının indiyədək 2 mindən artıq insanın ölümünə səbəb olduğunu bildirir. İttihamlar təsdiqini taparsa, bu, müasir Fransanın tarixində ən səs-küylü qalmaqal olacaq.
İstehsalçı şirkət səhlənkarlıqdan insan ölümünə səbəb olma, dələduzluqda ittiham olunur. Şirkətin 89 yaşlı rəhbəri artıq həbs olunub. Onun girov müqabilində azadlığa çıxması üçün 4 milyon avro tələb olunur.İstintaqçılar bildirirlər ki, "Mediator" preparatı yalnız Fransada 2000-dək insanın həyatına son qoyub. Başqa ölkələrdə vəziyyətin nə yerdə olduğu bilinmir.
"Mediator" preparatı 1976-cı ildən ikinci tip diabet xəstələri üçün buraxılır. O, insulinə həssaslıq azalan zaman qəbul edilir. İndiyədək ondan nə qədər xəstənin istifadə etdiyini hesablamaq mümkün deyil.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!