Ailədaxili konflikt: ər arvadı niyə döyür?

Ailədaxili konflikt: ər arvadı niyə döyür?
Xəstəliklər və müalicəsi
10.09.2017 59
Əgər bu suallardan 2-nə "hə” cavabı verirsinizsə, həyat yoldaşınızın konfliktli (aqressiv)  olma ehtimalı çox  yüksəkdir.
1. Sizinlə ailə üzvləri, dostlarınız, uşaqlarınızın önündə alçaldıcı zarafatlar edirmi?
2. Spirtli içki qəbulundan sonra sizə qarşı aqressiv olurmu?
3. Sizə və ya övladınıza nə vaxtsa səbəbsiz vurdumu?
4. Onu əsəbləşdirməmək üçün hər şeyə razısınızmı?
5. O, evdə olmayanda özünüzü daha rahat, xöşbəxt hiss edirsinizmi?
6. Qolunuzdakı, sifətinizdəki göyərmə izlərini qohumlarınızdan gizlətmək ehtiyacı olubmu?
7. Tez-tez "Məni əsəbləşdirmə” deyə qışqırırmı?
8. Heç bir səbəb olmadan tez-tez evdə problem yaradırmı?
9. Əsəbləşəndə qapıları çırpıb, şüşə sındırıb və ya əşya tulladığı oldumu?
10. Maddi olaraq sizi özündən asılı vəziyyətdə saxlamağa çalışırmı?
Ən xırda konfiliktlərin belə, yumruq, təpik, bıçaq davasına
çevrildiyi bir dövrdə yaşayırıq. Sosial mediadan tutmuş televiziya
verilişlərinə qədər xəbər bloklarının əsasını kriminal yönümlü
informasiyalar təşkil edir. Ölkəmizdə demək olar ki, hər gün qatı
cinayət hadisələri ilə qarşılaşırıq. Aqressiv davranışın bir çox
formaları vardır ki, bunlardan ən çox yayılanı ailədaxili
konfliktlərdir.
Bəzən sevərək, bütün adət-ənənələrə riayət olunaraq sevinclə qurulan
ailələrdə evliliyin ilk illərində problemlər ortaya çıxmağa başlayır.
Emosional bağların qopduğu, yəni qarşılıqlı gözləntilərin puç olduğu  bu
dövr çox təhlükəlidir. Boşanma hadisəsinin, eləcə də ilk ailə daxili
konfliktlərin təməlləri məhz bu aylarda qoyulur. İlk aylarda nisbətən az
olan aqressiv davranış getdikcə artmağa başlayır. Bəzən qısa müddətli
küsüb barışma halları rast gəlinsə də, təcrübə göstərir ki, hər dəfə
barışdıqdan sonar daha ciddi konfliktlər yaşanır.
Ailədaxili aqressiv davranışlar heç də bir günün içində ortaya çıxan
mənzərə deyil. Tarix boyu cəmiyyətdə kişinin qadına qarşı aqressiv
rəftarına bir növ mənəvi haqq qazandırılıb. Uşaqlq dövründən  ”Qızını
döyməyən, dizini döyər” misalı bunun ən bariz nümunəsidir. Buna görə də
şüuraltımızda problem həll etmə yolu kimi həmişə döyüş, dava olub.
Bundan başqa bu cür kişilərə cəmiyyətdə rəğbət bəslənilməsi
aqressivliyin sosial səbəblərindəndir. Bir şeyi də unutmaq lazım deyil
ki, ünsiyyət bacarığı olmayan, duyğularını ifadə edə bilməyən, məntiqi
düşünə bilməyən insanlar tez-tez ailədə aqressiv rəftar edirlər.
Ailədə ər-arvad arasında baş verən münaqişələrdə fiziki şiddəti 90
hallarda kişilər həyata keçirsə də, qalan digər hallarda qadın
şiddətinin də şahidi oluruq. Fiziki şiddət göstərən kişilərin
əksəriyyətinin təhsili və sosiol iqtisadi vəziyyəti aşağı olan şəxslər
olsa da, 20 faizi universitet məzunu, ali təhsilli şəxslərdir. Tibbi
olaraq isə bəzi psixiatrik xəstəliklər məsələn, antisosial və narsistik
şəxsiyyət pozuntularında, şizofreniyada, narkotik maddə asılılığı olan
şəxslərdə daha çox rast gəlinir. Bəzən kişilik hormonu olan
testesteronun qanda miqdarının çox olması da fiziki şiddətin səbəbi kimi
göstərilir.
Bizim cəmiyyətdə aqressiv davranışın ən böyük səbəbi yuxarıda qeyd
olunduğu kimi, maddi vəziyyətlərinin aşağı olmasıdır ki, özünü bu yöndən
kişi kimi sübut edə bilməyən şəxs özünütəsdiq forması olaraq ailədə
aqressiv və qısqanc davranışlar etməklə hökmranlığını göstərmək istəyir.
Bəzən qısqanclıq elə bir həddə gəlib çatır ki, boşandığı həyat
yoldaşını belə öldürərək cinayət edirlər.
Son olaraq mütəxəssis kimi tövsiyəmiz: aqressiv rəftarın çıxış yolu
olmadığını hər kəs başa düşməlidir. Bu sahədə geniş məlumatlandırma,
təbliğat işi aparılmalı, bu səbəbdən baş verən boşanma halları ciddi
araşdırılmalıdır.
 
Orxan Fərəcli
Psixologiya və Konsultasiya Mərkəzinin psixiatrıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!