Başağrısına səbəb olan 10 amil

Başağrısına səbəb olan 10 amil
Xəstəliklər və müalicəsi
10.09.2017 51
Yediyiniz
yeməkdən, içdiyiniz suya qədər hər şey başınızın ağrımasına səbəb ola bilər.
Buna görə də, xüsusilə, başağrısına meyilli olan adamlar daha daha diqqətli
olmalıdırlar. İndi isə başağrısına səbəb olan amillər və bu amillərlə mübarizə
yolları haqqında:
Çəki:Son vaxtlar aparılan araşdırmalara görə, orta çəkili adamlarda yüngül çəkili
adamlarla müqayisədə başağrısı ehtimalı 35 faiz çoxdur. Ağır çəkili adamlarda
isə bu rəqəm 80 faizdir.
Xarakter:Bəlkə də sizə qəribə gələcək, amma sərt, utancaq və dəyişkən xarakterə malik
adamlar başağrısına daha meyillidirlər.
İş
"fasilələri”: İş həyatınızda həftəsonları və ya bayramlarla bağlı yol
verdiyiniz "fasilələr” başağrısı ehtimalını artıra bilər.
Rəng:Ənənəvi rənglərdən fərqli olaraq qeyri-ənənəvi rənglər başağrısına daha cox səbəb
olurlar.
Aclıq:
Aclıq başağrısına səbəb olan əsas amillərdən biridir. Gün ərzində bir yeməyi
belə təxirə salsanız, başınız ağrımağa başlaya bilər.
Susuzluq:Aclıq kimi susuzluq da başağrısına səbəb olur. Ancaq susuz qalmamaq üçün litrlərlə
su qəbul etməyə ehtiyac yoxdur. Bunun üçün sizə lazım olan suyu həm meyvə və tərəvəzlərdə,
həm də adi su ilə qəbul etmək kifayətdir.
Dərman:Ağrıkəsici dərmanlar həddən artıq istifadə edildikdə başağrısına səbəb olur.
Hərəkətsizlik:Son
vaxtlar aparılan araşdırmalara görə, aktiv olmayan adamlarda aktiv olan
adamlarla müqayisədə başağrısı ehtimalı daha çoxdur.
Yuxusuzluq:Bir gecədə orta hesabla 6 saat yatan adamlarda bir gecədəorta hesabla 6 saatdan
çox yatan adamlarla müqayisədə başağrısı ehtimalının daha çox olduğu göstərir.
Qida:Başağrısına səbəb olan amillərdən biri də qidalardır. Ancaq bu vəziyyət
qidalardan asılı olaraq dəyişdiyi kimi, adamlardan asılı olaraq da dəyişir


Mənbə:Ailəm jurnalıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!