Azərbaycanda AİDS-ə daha çox narkomanlar yoluxur

Azərbaycanda AİDS-ə daha çox narkomanlar yoluxur
Xəstəliklər və müalicəsi
10.09.2017 66
BMT baş Assambleyasında minilliyin əsas problemləri sırasında AİDS-in də adı var. Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov BMT Minilliyin İnkişaf Məqsədləri Yüksək Səviyyəli Plenar görüşündə çıxış edərkən ölkənin bu sahədə uğurlar qazandığını bildirib.

Bu uğurların nədən ibarət olduğunu öyrənmək üçün Azərbaycan Səhiyyə nazirliyinin AİDS-lə mübarizə mərkəzinin direktoru Həqiqət Qədirovaya müraciət etmişik.

Onun sözlərinə görə, son 3 ildə Azərbaycanda AİDS-ə yoluxanların sayı dəyişmir. Hər il 450 nəfər yeni AİDS-ə yoluxan adam qeydə alınır.

2010-cu il iyulun 1-ə 2512 nəfər qeydə alınıb ki, onların da 2414 nəfəri Azərbaycan vətəndaşlarıdır. Həqiqət Qədirovanın sözlərinə görə, bu xəstəlikdən vəfat edənlərin sayı ilbəil azalır. Bu da 2006-cı ildən onların müalicəsinin ölkədə təşkil olunması ilə bağlıdır.

Mütəxəssis bildirir ki, ölkədə AİDS-ə yoluxanların əksəriyyəti iynə yolu ilə xəstələnənlərdir. Onlardan sonra ikinci yeri cinsi yolla bu xəstəliyə yoluxanlar tutur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!