Baş ağrısına yaxşı gələn yeməklər

Baş ağrısına yaxşı gələn yeməklər
Xəstəliklər və müalicəsi
10.09.2017 40
Baş ağrısı ən çox rast gəlinən şikayətlərdən biridir.
Araşdırmalara görə dünyada 70 milyondan çox adam xroniki baş ağrısı çəkməkdədir. Hər başınız ağrıdığında dərman qəbul etmək istəmirsinizsə, bəzi yeməklərlə təbii yollardan baş ağrılarınızı idarə altına ala bilərsiniz.

Həyatınızı 1-2 gün üçün iflic edə biləcək qədər pis olan ağrılar ümumiyyətlə başınızın bir tərəfini təsir edər. Ağrıyla birlikdə ümumiyyətlə işığa və qoxuya qarşı həssaslıq ya da ürək bulanması kimi şikayətlər də görülər. Araşdırmalara görə, süd, quşqonmaz, göbələk kimi yeməklərdə olan B2 vitamini baş ağrılarını %48 nisbətində azaltmaqdadır.

Hormon baş ağrıları
Əgər reglinizden dərhal əvvəl ya da regliniz əsnasında baş ağrısı çəkirsinizsə bu azalan estrojen hormonu səbəbiylə ola bilər. Əgər hər ay bu cür bir baş ağrısından şikayətçisinizsə magnezium bu probleminizə həll ola bilər. İspanaq, banan, və badam yüksək miqdarda magnezium ehtiva edən qidalardır.

Stressin səbəb olduğu baş ağrısı
Əgər başınız ağrıdığında möhkəm bir bantla bağlamaq sizə rahatlaşdırırsa böyük ehtimalla stress səbəbiylə sıxılan boyun və kürək əzələləriniz bu ağrıların səbəbidir. Magnezium və CoenzymeQ10 həm sinir sisteminizi həm də əzələlərinizi boşaldaraq, ağrılarınızı yüngülləşdirə bilər. CoQ10 ehtiva edən qidalar: yumurta, ton balığı,və brokoli.

Soyuqdəymə və qrip ilə əlaqədar baş ağrıları
Xəstələndiyinizdə bədəniniz əhəmiyyətli minerallarını itirər və susuz qalar. Susuz qalmaq baş ağrılarına səbəb olar. Soyuqdəymə ya da qrip ikən başınızın ağrımasını önləmək üçün bol bol maye ehtiva edən greyfut, portağal, qarpız, ananas ya da çiyələk kimi meyvələrdən yeməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!