Mizofobiya - hər şeydən iyrənirəm

Mizofobiya - hər şeydən iyrənirəm
Xəstəliklər və müalicəsi
10.09.2017 31
Mizofobiya obessiv – kompulsiv (sayrışan hallar nevrozu )adlanan nevrozun bir növüdür. Mizofobiya zamanı insan daima çirkli əşyalardan, yerlərdən qorxur, qaçır. Belə insanlara bəzən vasvası, titiz deyirlər. Onlar saatlarla əllərini yuyur, çimir, evlərində hər şeyi dezinfeksiya etməyə çalışır. Çox vaxt əllərini sabunla o qədər yuyurlar ki, əllərində yaralar əmələ gəlir. Bu insanlarla yaşayanlarda əziyyət çəkir çünki, xəstə onları da güdür. Əllərini hara vurduqlarına, necə yuduqlarına, onun əşyalarına toxunub toxunmadıqlarına fikir verir.
Xəstəliyin səbəblərini araşdırsaq görərik ki, adətən bu insanlar evvəldən çox təmizkar, vasvası olublar. Lakin hər hansı bir situasiyadan sonra bu təmizkarlıq min qat artaraq patoloji formaya xəstəliyə çevrilir.
Mizofobiya zamanı müəyyən rituallar da formalaşa bilər. Məsələn xəstə hər dəfə əlini yuduqda əlini 10 dəfə sabunlayır, paltarları xüsusi qaydada və ardıcıllıqla yuyub təmizləyir. Əgər nədənsə bu ardıcıllıq pozularsa və ya sayanda çaşarsa hər şeyi yenidən başlamalı olur.
MÜALİCƏ: Mizofobiya müalicəyə çətin tabe olan nevrozlara aiddir. Burada koqnetiv davranış psixoterapiya, rosional psixoterapiya uzun müddət aparılmalıdır. Ağır hallarda dərman müalicəsin də təyin olunmalıdır. Əsasən antidepressantlar, sakitləsdirici dərmanlar təyin olunur. Ailədə kimsə mizofobiya keçirirsə digər ailə üzvləri onu dəstəkləməli və kömək etməlidirlər. Ən azından onu günahlandırmamalıdırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!