Sadə yollarla qripdən uzaq dayanın

Sadə yollarla qripdən uzaq dayanın
Xəstəliklər və müalicəsi
10.09.2017 94
BALANSLI QİDALANIN

Bədənin ehtiyacı olan zülal, karbonhidrat, yağ və vitaminlər kafi olaraq alınmazsa, bədən müqaviməti düşər və tənəffüs orqanları mukoza hüceyrələri də bundan təsirlənər. 

KİFAYƏT QƏDƏR SU İÇİN

Tənəffüs mukoza hüceyrələrinin nəmli olması, virus daşıyan damlacıqların təsirinə qarşı müqaviməti təmin edər. Bu səbəblə xüsusilə su içmə ehtiyacının azaldığı qış mövsümü də daxil olmaq üzrə, hər dövrdə gündə 8-10 stəkan su içilməsi lazımdır. 

İZDİHAMDAN QAÇIN

Toplu nəqliyyat vasitəsilər, kino, teatr kimi izdihamlı yerlərdə qrip olan bir adamın asqırması ilə viruslar böyük bir sürətlə (160 km/saat ) hərəkət edərək 3-4 metr uzağa yayıla bilər. Bu səbəblə xüsusilə bu cür yerlərdə ventilyasiyanın yaxşı olmasına diqqət etmək, təmizliyə diqqət göstərmək kimi tədbirlərlə qripdən qoruna bilərsiniz. 

STRESSDƏN UZAQ DURUN 

Stress, bədən müqavimətini azaldaraq xəstəliklərə dəvətnamə çıxaran ən əhəmiyyətli faktorlardandır. Bu səbəblə, müxtəlif yollar ilə stressdən uzaqlaşmaq sağlam qalmağı da özü ilə gətirəcək. 

NİZAMLI YATIN

Bir gecə yuxusuz qalındığında, viruslara qarşı döyüşən bədən hüceyrələri yarı yarıya azalmaqdadır. 

HƏDDİNDƏN ARTIQ İSTİDƏN QAÇIN 

Xüsusilə qış mövsümündə daha çox bağlı və isti mühitlərdə olmaq, tənəffüs mukoza hüceyrə pərdələrinin qurumasına səbəb olacağından virusların bədənə girişini asanlaşdıra bilər. 

TEZ-TEZ ƏLLƏRİNİZİ YUYUN 

- Qrip peyvəndini laqeyd yanaşmayın. Xüsusilə də yaşlıların etdirməsi lazımdır. 
- Tez-tez əllərinizi yumağı unutmayın. 
- İş masanızı antibakteriyel dəsmallarla silin. 
- Otaq nəmləndiricisi və ya burun spreyi istifadə edin. 
- Yuxu nizamınızı pozmamağa və kifayət qədər yatmağa diqqət edin. 
- Əl sıxışmayın ya da əl sıxışsanız da əlinizi dərhal yuyun. 
- Əlinizi göz, ağız və burnunuza dəydirməyin. 
- Əllə tutulan yeməkləri əlinizlə yeməməyə, çəngəl və bıçaq istifadə etməyə diqqət edin. 
- Siqaret çəkməyin ya da mümkün olduğunca azaldın. 

TƏZƏ VƏ TƏBİİ MƏHSULLAR SEÇİN

Ola biləcək bir gribal infeksiyada bədənimizin edəcəyi şey, onunla döyüşmək olacaq. Qriplə döyüşərkən bədənimizin müqavimətini immunitet sistemimiz təmin edər. Buna görə immunitet sistemimizin bu dövrdə güclü olması çox əhəmiyyətlidir. Müxtəlif qidalardan bəslənməyi, yalnız infeksiyaya tutululan dövrdə deyil, hər vaxt tətbiq etmək əhəmiyyətlidir. Sağlam olmanın sağlam qidalanma ilə davamlılıq qazandığı unudulmamalıdır. Qrip əvvəli və ya sonrası; ət, süd, tərəvəz, meyvə və taxıllar mütləq qəbul edilməli və məhsulların təzə və təbii olanı seçilməlidir. 
/Mənbə:Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!