Beldə ağrılara son! - Osteoxondroz

Beldə ağrılara son! - Osteoxondroz
Xəstəliklər və müalicəsi
10.09.2017 25
Bel nahiyyəsində diskogen radikulopatiyanın əsas səbəbi onurğa sütununun osteoxondrozudur. Hər iki insandan biri həyatında bir dəfə də olsa, onurğa osteoxondrozunun kliniki təzahürlərini hiss edir .80 % hallarda bel nahiyyəsində ağrının əsas səbəbi məhz osteoxondrozdur. Onurğa osteoxondrozunun kökcük sindromları digərlərinə nisbətən daha çox (70-80%) rast gəlinir. Bu sindromlarının əmələ gəlmə səbəbləri arasında fəqərəarası disk yırtığı və protruziyaları daha böyük əhəmiyyətə malikdir və əksəriyyət təşkil edir.Osteoxondrozun nevroloji təzahürləri özünü kəskinləşmə və nisbi yaxşılaşma (remissiya) dövrlərinin növbələşməsi ilə biruzə verir.Əgər müalicə aparılmazsa, kəskin ağrı tutmaları tezləşir,davamlı olur, xəstənin normal həyat tərzini pozur.

 


Bel fəqərəarası disklərində degenerativ dəyişikliyi olan xəstələr gündəlik həyat fəaliyyətində diqqət edilməsi lazım olan müəyyən məqamları bilməlidirlər; - əşyaları bir yerdən başqa yerə daşıyarkən belinizi əyri deyil, dik vəziyyətdə olmasına fikir verin ; - ağır yük qaldırmaqdan çəkinin , ağır yük daşıyarkən yükü hər iki əlinizlə bərabər şəkildə paylaşdıraraq daşıyın ; - yerdən bir əşya götürərkən dizlərinizi bükün və çalışın güc belinizə deyil, ayaqlarınıza düşsün ;

-    İstənilən bir cismi qaldırmazdan əvvəl onu yüngülcə yoxlamaqla onun ağırlığı haqqında təxmini məlumat əldə edin ;

-    Uşaqlarınızın məktəbə gedərkən çantalarında az yük daşımasına nəzarət edin;

-    Insan oturduqda onurğaya düşən yük 2 dəfə , önə əyildikdə 4 dəfə artır,ona görə də önə doğru əyilib iş görməkdən çəkinin.Davamlı olaraq oturaq işlərdə çalışırsızsa , arada bir qalxıb gəzməyi unutmayın ;

-    Gündəlik məqsədli şəkildə müalicəvi bədən tərbiyəsi ilə məşqul olun , üzgüçülüklə məşqul olmağa çalışın , piyada yeriməyi də unutmayın

-    Bədən çəkinizi daim nəzarətdə saxlayın, artıq çəki belə düşən yükü artırır . Əgər çəkiniz çoxdusa və özünüz çəkinizi azalda bilmirsizsə, həkim-mütəxəssisə müraciət edin ;

-     Bel korsetlərini həkim təyinatı olmadan istifadə etməyin, onların uzunmüddətli istifadəsi bel əzələlərini zəiflədir ;

-    Yatarkən yan və ya arxası üstə yatın ;

-    Psixoloji sferanıza fikir verin , stressdən uzaq durun.



Təbabətin müasir inkişaf səviyyəsində osteoxondroz və onun təzahürlərinin effektiv müalicəsini fizioterapevtik üsullarsız təsəvvür etmək mümkün deyil.

MDB ölkələrində aparılan bir çox tədqiqatlar kvant terapiyasının ostexondroz və onun nevroloji təzahürləri zamanı yüksək effektivliyini göstərmişdir.

"RIKTA ” kvant terapiya aparatı özünün təhlükəsizliyi , rahatlığı , proseduralarının ağrısızlığı ilə seçilir. Kvant terapiya sayəsində zədələnmiş nahiyyədə mikrosirkulyasiya yaxşılaşır , patoloji əzələ gərginliyi azalır , ödem və iltihabəleyhinə təsir sayəsində xəstələrdə yaxşılaşma qeyd olunur.Müalicə kursu 10-15 gündəlik prosedurdan ibarətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!