Fobiyalar

Fobiyalar
Xəstəliklər və müalicəsi
10.09.2017 26
Fobiya yunanca –qorxu deməkdir . Hər hansı bir obyekt, insan və ya situasiya ilə əlaqədər yarana bilər. Əksər hallarda bu qorxu real təhlükə ilə bağlı olmur. İnsan qorxusunun əsassız olduğunu dərk etsə də özü ilə bacara bilmir. İntensiv irrosional qorxu olan –fobiya insanın işinə, sosial həyatına, başqa insanlarla münasibətinə mane ola bilər.

Fobiyalar çoxsaylı və müxtəlifdir : Kimsə təyyarəyə minməkdən qorxur , kimsə həşəratdan, ilandan qorxur , kimsə qızarmaqdan və ya xəstəliyə tutulmaqdan qorxur, bəzi insanlarda sosial fobiyalar olur--insanlar qarşısında çıxış etmək qorxusu və s. Fobiyallar saysız- hesabsızdır və məzmundan aslı olaraq insanların həyatına müxtəlif dərəcədə təsir edir . Qorxu yalnız konkret situasiya ilə əlaqədər olduğu üçün məs: İlan qorxusu olan insan yalnız ilan təhlükəsi olan yerlərdə özünü narahat hiss edəcək . Belə situasiyalar isə tez –tez olmadığı üçün bu fobiya onun həyatına çox təsir etməyəcək . Klaustrofobiyadan (qapalı sahələrdən qorxu)

əziyyət çəkən insan isə liftə, metroya daxil ola bilməyəcək, və buna bənzər situasiyalardan qaçacaq və bu da onun həyatını xeyli çətinləşdirəcək.



Fobiyalardan bəziləri:

Aqorafobiya—açıq sahə, meydan, insan kütləsindən qorxu

Ayxmofobiya--- iti əşyalardan qorxu

Akvafobiya və ya hidrofobiya –sudan qorxu

Akrofobiya—hündürlük qorxusu

Aerofobiya—uçuş qorxusu

Kanserofobiya –xərçəng xəstəliyinə tutulmaq qorxusu

Mizofobiya—çirkdən, infeksion xəstəliyə tutulmaqdan qorxu

Neofobiya-yeniliklərdən, dəyişikliklərdən qorxu

Sitofobiya—qida qəbul etmək

Sosial fobiyalar-cəmiyyətdən, ünsiyyətdən qorxma

Tanatofobiya--ölüm qorxusu

Yatrofobiya—həkimlərdən qorxmaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!