Qadınların cəmiyyətdə çəkdiyi çətinliklər

Qadınların cəmiyyətdə çəkdiyi çətinliklər
Xəstəliklər və müalicəsi
10.09.2017 27
Dindən uzaq cəmiyyətlərdə qadınların qarşı-qarşıya qaldıqları ən böyük
problemlərdən biri də, boşanmadan sonra yaranan çətinliklərdir.
Evləndikləri zaman yoldaşları tərəfindən işləməsinə icazə verilməyən və
bu səbəblə maddi cəhətdən yoldaşlarından asılı yaşamaq məcburiyyətində
qalan qadınlar, boşandıqları zaman son dərəcə çətin vəziyyətdə qalırlar.
 
Dünyada
boşanan qadınların bəzisi hər hansı bir peşəyə sahib olmadığı, bəzisi
yaşının çox olması səbəbilə işləməyə gücü qalmadığı, bəzisi isə heç bir
əlavə ictimai haqq tanınmadığı üçün böyük çətinliklər çəkir. Bundan
başqa boşandıqdan sonra hər iki tərəfin tələblərinin olması, tərəflərin
yalnız öz mənfəətlərini düşünməsi səbəbindən də bu problem daha da
çətinləşməkdə və anlaşılmazlıqlar artmaqdadır.



Halbuki
Quran əxlaqını yaşayan bir cəmiyyətdə belə çətinliklər yaşanmaz.
İnsanların evlilikləri kimi boşanmaları da könül razılığıyla olacağı
üçün evlənərkən yoldaşlar arasında olan hörmət və sevgi, boşanarkən də
eyni şəkildə qorunar. Çünki iki tərəf də bir-birini qadın və ya kişi
olaraq deyil, ALLAHa iman edən insanlar olaraq, təqvalarına görə qiymətləndirər və gözəl davranarlar.



Bununla
birlikdə Quranda qadınların boşanma kimi hallarda çətinliyə düşməmələri
üçün alınmış çoxlu tədbir vardır. Məsələn, qadınlar maddi cəhətdən qəti
bir zəmanət altına alınmışdır. Hər iki tərəfin qarşılıqlı razılaşması
nəticəsində təyin olunan maddi kömək və boşanan qadınlara necə
davranılması lazım olduğu ayələrdə belə bildirilir:



Boşanmış
qadınlara (şəriətə) müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. (Bu,)
müttəqilər üçün bir borcdur. (Bəqərə Surəsi, 241)



Yaxınlıq
etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç
bir günah gəlməz. Onlara (şəriətə) müvafiq qayda üzrə yaxşılıq edin.
Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində (yaxşılıq
etməlidir). (Bu isə) yaxşılıq edənlər üçün bir borcdur.Qadınlar üçün
mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız,
təyin etdiyinizin yarısını (onlara) verməlisiniz. Qadınların (bunu)
(ərlərinə) bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu
(qadına) bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha
yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. ALLAH sizin nə etdiklərinizi görür. (Bəqərə Surəsi, 236-237)



Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə ALLAHın ona verdiyindən xərcləsin. ALLAH heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. ALLAH hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq Surəsi, 7)





Bundan
əlavə qadınlara evlilik əsnasında verilmiş olan malların boşandıqdan
sonra geri alınmaması da ayələrdə ifadə edilmişdir. Boşanılan qadınların
yaşayış yerlərinin təmin edilməsi, qadınlara zorla varis olunmağa cəhd
edilməməsi də ayələrdə diqqət çəkilən mövzulardandır.



Bura
qədər izah edilənlərdə də göründüyü kimi həll yenə Quran əxlaqının
yayılmasındadır. Quran əxlaqının yaşandığı bir cəmiyyətdə digər bütün
ictimai problemlərdə olduğu kimi qadınların çətin vəziyyətdə qalmaları,
çətinlik çəkmələri kimi vəziyyətlər olmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!