Xolesterolu təbii yollarla salın

Xolesterolu təbii yollarla salın
Xəstəliklər və müalicəsi
10.09.2017 22
Yaxşı və pis istiqamətləri
Xolesterol ürək, beyin, qaraciyər, sinirlər, bağırsaqlar və ümumiyyətlə bütün bədənimizdə olan yağımsı bir maddədir. Bədənimiz, çox az miqdardakı xolesterol sayəsində bəzi hormonları və öd turşularını çıxarar. Digər tərəfdən ürəkdə yağ molekulu olaraq yığılmağa başlar və ciddi nəticələrə səbəb ola bilər. Bədənimiz hər gün qaraciyərdə 1 - 1,5 milliqram (mg) xolesterol çıxarar. Buna əlavədən qidalarla aldığımız miqdar da var. Miqdar çox  yüksəldiyində, bədən 'istehsalı' azaldar. Nəticə olaraq yüksək xolesterol meydana gəlir.



Yaxşı xolesterol - Pis xolesterol
Yaxşı xasiyyətli xolesterol, HDL (High Density Lipoprotein: Yüksək sıxlıqlı lipoprotein) qandakı xolesterolun bir qisimini qaraciyərə geri aparar və damarlarda yığılan xolesterolun bir qisimini də təmizləyər. Normal dəyəri; desilitrede 40 mgin üstündə olmasıdır. 35 mg altına düşüncə ürək narahatlıqları ehtimalı artar.



Pis xasiyyətli xolesterol, LDLin (Low Density Lipoprotein: aşağı sıxlıqlı lipoprotein) səviyyəsinin yüksək olması ürəyə gedən damarların tıxanmasına səbəb olaraq infarkt və iflic riskini artırar. Normal dəyəri desilitrede (dl) 160 milliqramın altında olmasıdır.
Cəmi xolesterol, yaxşı və pis xolesterolun cəmi mənasını verər. Desilitrede 200 mgin altında ideal səviyyədir.



Vərdişlərinizi dəyişdirin
Mövzu üzərində edilən araşdırmalar; nizamlı idman etmənin və sağlam qidalanmanın xolesterolu saldığını göstərir. Qırmızı ət, balıq, ağ ət, kərəyağı, yumurta, süd və qaymaq kimi qidalarda xolesterol var.



Sağlam qidalar
-Zeytunyağı; doymamış yağ turşuları baxımından zəngindir və pis xolesterolu salıb yaxşı xolesterolu yüksəldər.



-Tərəvəz, meyvə və taxıllarda xolesterol olmaz.



-Balıq yağında xolesterolu salan omeqa - 3 yağ turşuları olar. Bununla birlikdə sarımsaq da eyni təsiri yaradar.
 
/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!