Qəbizliyi yüngülləşdirmək üçün nə etməli?

Qəbizliyi yüngülləşdirmək üçün nə etməli?
Xəstəliklər və müalicəsi
07.11.2017 1 664
Qəbizliyi yüngülləşdirmək üçün nə etməli? Qəbizliyi yüngülləşdirmək üçün bunlara diqqət edilməlidir:
1. Banan və şokolad qəbizlik edər. Bunları istehlak etmə mövzusunda diqqətli olun.
2. Qidalanmada, kəpəkli, lifli qidalara üstünlük verilməlidir.
3. Gündə 2 lt maye istehlak edilməlidir.
4. Qəhvə, şərab və pivə qəbizliyə səbəb olar. Bunlardan az istehlak edilməlidir.
5. Yeməkləri mümkün olduğu qədər çox çeynəmək lazımdır.

Tədbirlər
Bir neçə sadə tədbirlə qəbizliyi yüngülləşdirə bilərik.
1. Nəcisləmə hissi gəlincə gecikmədən tualetə getməlidir. Təxirə salmalar bir müddət sonra bağırsağın bu xəbər vermə funksiyasını itirməsinə və artıq sizə xəbər verməməsinə səbəb olur. Nəcis bağırsaqda nə qədər uzun müddət qalsa o qədər sərtləşər və quruyar.

2. Ən yaxşısı günün eyni vaxtında , səhərlər işə getmədən əvvəl tualetə getməlidir. Bədən funksiyaları üçün nizam əhəmiyyətlidir. Necə hər gün eyni saatda yuxuya alışmış birinin o saatda yuxusu gəlirsə , nəcisləmə nizamını da yaratmaq əhəmiyyətlidir.

3. Qəbizliyə qarşı alınan dərmanlar yalnız qısa müddət alınmalıdır. Davamlı alınsa bağırsaq artıq dərmansız çalışmayacaq vəziyyətə gəlir. Ayrıca bir müddət sonra bağırsaqların alışdığı bu dərmanlar təsirsiz olar. Ayrıca dərmanların yan təsirləri və zərərləri da vardır.

4. Nəcisin qurumasını önləmək üçün gündə ən az 8 stəkan su içməlidir. Spirt və kafesinli içkilərdən qaçmalıdır.

5. Lifli yeməklərin ( tərəvəz , meyvə , quru paxlalılar , tam taxıl məhsulları , kəpək , kartof qabığı və s.) Bu qidaların istehlakını artırmalısınız. Ağ çörək və pendir kimi yeməkləri azaltmalısınız .

6. Daimi məşqlərin ( qarın əzələlərini gücləndirici hərəkətlər ) bədən funksiyalarını qabaqlayıcı və qarın əzələlərini gücləndirici təsirlər qəbizliyin önlənməsində də faydasını göstərər.

7. Qəbizliyin bir növ qarışısını almaq üçün qurudulmuş meyvə qebul etmək gərəkdir.

Ərik qurusu - Bitki mənşəli qəbizlik müalicəsi üçün istifadə edilən ən köhnə yeməklər arasındadır. Ərik bağırsaqları yumşaldıcı təsirə malikdir.

Üzüm qurusu - Həm ehtiva etdiyi sıx lif quruluşu həm də tərkibində saxladığı tartarik adlı turşu ilə bağırsaqları yumşaldıcı və boşaldıcı (laksatif) təsirə malikdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!