Onlarla xəstəliyin dərmanı-Nar

Onlarla xəstəliyin dərmanı-Nar
Xəstəliklər və müalicəsi
10.09.2017 60
Nar immun sistemini gücləndirərək, insanı başda xərçəng olmaqla, bir çox xəstəlikdən qoruyur. Türkiyəli qida mütəxəssislərinin araşdırmalarından məlum olub ki, narın qabığı onun suyundan daha faydalıdır. Məlumata görə, narın tərkibində olan flovanoidlər, vitaminlər, polifenollar, antosiyaninlər və digər maddələr qanda şəkərin miqdarını da tənzimləyir. 
Eyni zamanda ürək və damar sistemini qoruyur və xərçəng hüceyrlərinin inkişafının qarşısını alır. Narın, həmçinin mədəyə də xeyri var. Nar suyu son dövrlərin çox yayılan xəstəliyi olan damar tıxanmasına da müalicəvi təsir edir. Qan təzyiqinə də müsbət təsirləri olan nar dənəsinin yağı isə bədəndə qırışları azaldır, həmçinin saç uzatmağa kömək edir. Nar qabığının da insan orqanizminə bir çox faydası var. Nar qabığı başda döş xərçəngi olmaqla, demək olar ki, bütün xərçəng növlərinə qarşı müalicəvi əhəmiyyət kəsb edir. Narın qabığından necə yararlanmalı? Nar qabığını 40-50 dərəcə temperaturu keçməyən şəraitdə qurutduqdan sonra əzmək və sərin yerdə saxlamaq lazımdır.
Daha sonra 100 milli qram qaynadılmış suya bir çimdik nar qabığı ataraq, onu 10 dəqiqə qaynatmaq lazımdır. Bu çay yuxarıda sadaladığımız kimi onlarla xəstəliyin qarşısının alınmasına xeyirdir. Bütün meyvələrdə olduğu kimi, narın da ən xeyirli hissəsi onun qabığıdır. Buna görə də çalışın, narın qabıqlarını atmayın, onu qaynadıb, faydalanın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!