Qripdən xilas edən 5 qida!

Qripdən xilas edən 5 qida!
Xəstəliklər və müalicəsi
10.09.2017 192
Bu günlər qrip xəstəliyi yenidən aktuallaşıb, şəhər sakinlərinin kabusuna çevrilib. Orqanizmə xüsusi diqqət göstərdikdə və düzgün qidalandıqda bu virusdan daha tez xilas olmaq olar. Qripə yaxalanmısınızsa, onda rasionunuza bu qidaları daxil edin:
İsti çay – Fərq etməz qara və ya yaşıl çay, əsas odur ki, çayın tərkibindəki antioksidantlar xəstəliklə çox ciddi şəkildə mübarizə aparır. Çayın içinə 1 qaşıq limon suyu ilə, elə bir o qədər də bal əlavə edib, qarışdırıb içsəniz, onda onun təsiri daha güclü olacaq.
Meyvə şirəsi – Əgər xəstəlik sizi çox üzüb və halsız edibsə, özünüzə meyvə-tərəvəz salatı hazırlaya bilmirsinizsə, onda meyvə şirəsi çəkin! Bu da tez sağalmağınıza kömək edəcək.

Toyuq şorbası
– Ümumiyyətlə, toyuq bulyonu müalicəvi əhəmiyyəti ilə seçilir. Xəstəlik günlərində sizin üçün ən ideal xörək toyuq şorbası hesab edilir.
Sarımsaq – Toyuq şorbasının yanında sarımsağın olması müalicənin effektini ikiqat gücləndirəcək. Qrip olan zaman yeyiləsi vacib qidalar sırasında mütləq sarımsaq da olmalıdır.

Suxarı – Xəstəlik zamanı özünüzdə bir azca da olsa, taqət tapsanız, o zaman tost hazırlamağa çalışın. Çünki suxarılar həm sağlamlıq baxımından faydalıdır, həm də aclıq hissini dəf edir.
 
formggio.azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!