Fobiya Nədir?

Fobiya Nədir?
Xəstəliklər və müalicəsi
10.09.2017 66
Fobiya mənşəcə yunan sözü olan "fobos” sözündəndir. Mənası qorxu
deməkdir. Fobiya daha çox ürək döyünməsi, tərləmı, titrəmə,
təngənəfəslik, boğulma, əzlələrdə gərginlik, baş gicəllənməsi, ürək
bulanma, ağzın quruması, əllərin və ayaqların keyləşməsi və s.
əlamətlərlə üzrə çıxır. Fobiya başlıca olaraq, 3 qrupa
ayrılır:Aqorafobiya, Spesfik fobiya və Sosial fobiya...

1. Aqorafobiya

Aqorafobiyası olan adamlar daha çox küçə, meydab, bazar, kinoteatr,
teatr, körpü, tunel və s. kimi izdihamlı yerlərdən qorxurlar. Çox vacib
olduqda isə belə yerlərə ailə üzvləri və ya dostları ilə getməyi üstün
tuturlar.
2. Spesfik fobiya
Özünü əsasən heyvanlara, yüksəkliklərə, qapalı və ya açıq mühitlərə,
təyyarə, liftə və s. qarşı göstərir. Hətta bu fobiya qrupuna daxil
olanlar bəzən qan və yara görməkdən qorxurlar.
Heyvanlara qarşı qorxunu yırtıcı heyvanlara qarşı qorxu ilə qarışdırmaq
olmaz. Çünkü bu, təbii qorxdur. Digər tərəfdən, heyvanlara qarşı
fobiyası olanlar bəzən adi heyvanlardan da qorxurlar. Məslən, it, pişik,
kəpənək və s. kimi...

3. Sosial fobiya

Sosial fobiyası olan adamlar daha çox ictimai yerlərdə yeməkdən,
danışmaqdan və ya yazmaqdan çəkinilər. Həmçinin bu siyahıya ümumi
nəqliyyat vasitələrindən istifadə etmək, qonaq qəbul etmək, əl-ələ
görüşmək və s.-də daxildir.

Fobiya ruhi xəstəlik kimi...

Fobiya ruhi xəstəliklər arasında ən çox müşahidə edilən xəstəlikdir.
Dünyada, demək olar ki, hər on nəfərdən birində fobiya var. Digər
tərəfdən, fobiya qadınlarda kişilərdən daha çoxdur.
Fobiyadan əziyyət çəkənlər, demək olar ki, müalicə haqqında
düşünmürlər. Onlar yalnız çox kriktik vəziyyətlərdə həkimə müraciət
edirlər.
Yaş həddi
Fobiyalar əsasən müüxtəlif yaşyalardan sonra özünü göstərməyə başlayır.
Məsələn, aqrofobiya özünü 20 yaşından, spesfik fobiya uşaqlıq
yaşlarından, sosial fobiya isə yetkinlik yaşlarından sonra özünü
göstərməyə başlayır.
Müalicəsi
Fobiya əsasən psixotrapiya üsulu ilə müalicə edilir. Bəzi hallarda bu
müalicəni dərman müalicəsi müşayiət edir. Digər tərəfdən, müalicə
konkret simptonların dərəcəsinə görə təyin edilir. Fobiyanın müalicəsi
üçün stasionar şəraitə ehtiyac yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!