Depressiya və nevroza qarşı 5 məsləhət

Depressiya və nevroza qarşı 5 məsləhət
Xəstəliklər və müalicəsi
10.09.2017 246
Əsəb pozğunluğu, depressiya, nevroz insanın bütün orqanizminin
zəifləməsinə, bir sıra xəstəliklərin baş qaldırmasına səbəb olur. Həkimlər əsəb pozğunluğu, depressiya, nevrozun qarşısını almaq üçün aşağıdakı məhsullardan istifadə etməyi tövsiyə edirlər:
 
1. Əsəb sakitləşdirici hesab olunan əvəzolunmaz B1 vitamini: qarabaşaq (qreçka) və yulaf sıyığı, çovdar çörəyi.
2. Əsəbilik və yorğunluğun qarşısını almaq üçün tərkibində B2 vitamini
olan məhsullardan istifadə etmək lazımdır. Məsələn, paxla, ispanaq, ərik
və yumurtadan istifadə etmək olar. Vitamin B2 tərkibli məhsullardan az
istifadə edəndə halsızlıq və tez-tez baş ağrıları olur.
3. Beyin əqli cəhətdən yorulanda yaddaş pozğunluğu yaranır,
əhval-ruhiyyə qəfildən pisləşir. Bu zaman B12 vitaminindən faydalanmaq
olar. B12 vitamini dəniz məhsulları, içalat (ürək, böyrəklər, qaraciyər)
və yumurtanın ağında daha çoxdur.
4. Süd və süd məhsulları insanın sinir sisteminin kalsium mineralı ilə
möhkəmlənməsinə yaxşı kömək edir. Bu mineral bədəndə çatışmayanda
qıcolmalar baş verir.
5. Beynin yaxşı işləməsi və hormonal balansın qorunması üçün yod
əvəzolunmaz mineraldır. Bütün dəniz məhsulları, dəniz kələmi yod ilə
zəngindir. Dəniz kələmini sevmirsiniz? Problem deyil. Qurudulmuş dəniz
kələmini üyüdərək qəhvə kimi istifadə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!