Yaxşı əhval-ruhiyyə üçün 10 məsləhət

Yaxşı əhval-ruhiyyə üçün 10 məsləhət
Xəstəliklər və müalicəsi
10.09.2017 37
Əgər siz həyatınızda nəyinsə düz getmədiyini, kədərli fikirlərin daha
çox olduğunu hiss edirsinizsə, çalışın bu vəziyyətdən tez
çıxasınız,çünki bu getdikcə uzana bilər.
 
Bunun öhdəsindən gəlmək üçün
yollar axtarın. Bu gün mən bu yolların bir neçəsini sizə təklif
edəcəyəm.

1. Həmişə əhval-ruhiyyənizin yaxşı olmasını istəyirsinizsə, özünüzü
idarə etməyi öyrənin. Kiçik şeylərə görə inciməyin. Çalışın ki, sizə
yaxın olan insanlarla mübahisə etməyəsiniz, onları bağışlayın.
Bağışlayaraq siz hirs və qısqanclıq hisslərindən azad olursuz,hansı ki
bu ilk növbədə sizi məhv edir.
2. Dünyaya yumor hissi ilə baxmağa çalışın. Hətta əgər siz narahat olur
və ya çətin bir vəziyyətə düşürsünüzsə, buna rəğmən gülümsəyin və deyin
ki, "Bu da keçəcək”. İnanılmazdı, amma buna həqiqətən inansanız, onda
pis şeylər doğurdan da keçəcək.
3. Bütün dünyaya küsərək evdə oturmayın! Əmin ola bilərsiniz ki, küçədə,
dostların-tanışların əhatəsində əhval-ruhiyyə pis olmur! Sübut
olunmuşdur.
4. Həyatınıza yeniliklər gətirin. Psixoloqlar məsləhət görürlər ki,
vaxtaşırı vərdişlərinizi dəyişin, məsələn: təzə hobbiyə başlayın və
yaxud geyim tərzinizi dəyişin. Bütün bunlardan sonra həqiqətən
əhəmiyyətli dəyişiklikləri özünüz də hiss edəcəksiniz.
5. İstirahət etməyi bacarın! Hansısa çətin işi yerinə yetirdikdə xoş bir
şey haqda düşünün. Məsələn dostlarınız və yaxud sevdiyinizlə görüş
barədə.
6. Üzgüçülüklə məşğul olun. Su tonus və əhval-ruhiyyənizi qaldıraraq bədənə istirahət etməyə kömək edir.
7. Dayanın və düşünün. Bəzən insanlar düşünməyə vaxt tapa bilmirlər
ki,bilsinlər hansı istiqamətdə hərəkət etməlidirlər. Otağınızı müntəzəm
təmizlədiyiniz kimi fikirlərinizi, məqsədlərinizi və münasibətlərinizi
də qaydaya salmalısınız.
8. Həyata daha asan münasibət bəsləyin. Çalışın ki, diqqətinizi ancaq
indi gördüyünüz işə yetirəsiniz. Kiçik nailiyyətlərinizə də sevinin.
Həyat kədərlənmək və özünü günahlandırmaq üçün çox qısadır!
9. Perspektiv hissini qoruyun. Həyat özü bir hərəkətdir. Bu gün sizin
üçün faciə olan bir şey sabah sizin üzünüzü güldürə bilər. Bəs boşuna
demirlər ki, gecənin xeyrindən gündüzün şəri yaxşıdı.
10. Xoşagəlməz şeyləri unudun. "Hərəkət edin ki, sizin hisləriniz də
hərəkət etsin”- psixoloq Merlin Dilfort belə hesab edir. Unutmayın ki,
siz öz hislərinizə və emosiyalarınıza görə məsuliyyət daşıyırsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!