Yaşamaq sevgisi

Yaşamaq sevgisi
Xəstəliklər və müalicəsi
10.09.2017 24
Yaşamaq sevgisi bol olan qrup yoldaşım Cəvahirə...

Bir ovuc sevgidir yaşamaq, hətta ovuca sığmayacaq qədər də qısa bir
müddətdir. Bu müddətin uzunluğu insanların onu necə dəyərləndirməsindən
aslıdır, çünki yaşamaq sevgisi insandan – insana dəyişir. Kimisi heç bir
nəaliyyət əldə etmədən, heç bir iz qoymadan həyatını yaşayıb gedir.
Kimisi də qısa ömrünü elə dəyərləndirir ki, uğurlarının sayı-hesabı
olmur. Həyatda hansısa bir mövqeyə çatmaq üçün daima çalışır və
qarşısına çıxan bütün maneələri dəf edir.



Yaşamaq sevgisi – ümiddir, sabaha ümidlə baxmaqdır. Ümidlərin puç olsa belə, yeni ümidlərlə ayaqüstə durmağı bacarmaqdır.



Yaşamaq sevgisi – inamdır. Özünə inanmaq, gücünə inanmaq, bacara
biləcəyinə inanmaqdır. Özünə inandığın qədər, digər insanlara da
güvənməkdir.



Yaşamaq sevgisi – sevginin özüdür. Sevgi qədər saf və təmizdir. Özü
yaşadığı qədər, digərlərinə də sevgini yaşatmaqdır. Çünki yaşamaq
sevgisi olan insan özünü eqoistcə sevməz, eqoist deyil – sevgi doludur.



Yaşamaq sevgisi - biraz da təslim olmaqdır, bir növ reallığı qəbul
etməkdir. Amma bu reallığa sevgini qatıb onu rəngarəng etməyi
bacarmaqdır.



Yaşamaq sevgisi – susuz, ac bir insanın arayışı və axtardığını tapdığında yaşadığı sevinc hissidir.



Yaşamaq sevgisi bol olan insan, hər bir çətinliyə sinə gərər, hətta ağır
xəstəliyi olsa belə, xəstəliyinə sevgi süsü verər, onu sevgisi ilə
bəzəyər. Çünki həyat hər zaman gözəl ətirli gül deyildir, tikanı –
çətinlikləri də vardır. Bu çətinliklər insanın cəsarətini, səbrini,
əzmini yoxlamaq və əsl xarakterini ortaya çıxarmaq üçün vardır.



Yaşamaq sevgisi olan insan həyatın bir gün sonlanacağını dərk edərək
yaşayar. Daxilində acı çəksə belə heç vaxt hiss etdirməz acısını, daim
gülümsəyər. Həyatında boşa gedəcək bir saniyə belə qoymaz, hər bir
saniyəsinin dəyərini bilər.



Yaşamaq sevgisi olan insan hər zaman pozitiv və optimistdir. Həyat onun
üçün daima gözəldir. Həyata elə bərk yapışar ki insan, hər şeyə inad
yaşayar. Hər pislik ona hansısa bir yaxşının başlanğıcı kimi görünər.
Olmamasından yaxşıdır deyər hər zaman.



Zaman – geri qayıtmaz. Gözəl bir deyim var "heç ölməyəcəkmiş kimi çalış,
sabah öləcəkmiş kimi yaşa”. Bizim bilmədiyimiz tək bir şey var -
sabahımız. Ona görə də hər saniyəmizin, dəqiqəmizin, saatımızın,
günümüzün dəyərini bilməliyik. İstəsək də, istəməsək də zamanı
gəldiyində yerimizi sırada gözləyənlərə verməliyik. "Bugünkü ağlım
olsaydı” deməmək üçün vaxtında əlinizdə olanların qədrini bilin,
həyatınızı sevgidolu yaşayın. Sonrakı peşmançılıq fayda verməz...



Xəzər Universitetinin, psixologiya fakültəsinin 3-cü kurs tələbəsi

Xədicə Aşurova
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!