Altruizm

Altruizm
Xəstəliklər və müalicəsi
10.09.2017 53
Altruizm bir insanın fədakarcasına, bəzən də öz həyatını təhlükəyə
atmaqla başqaları üçün, hətta bəzən onların xəbəri belə olmadan
xeyirxahlıq etməsi hesab edilir. Sosial biologiyanın banisi Edvard
Uilson (1929) hesab edir ki, insanlardakı altruizm balasını, yəni
nəslini xilas etmək naminə öz həyatını riskə atan ana heyvanlarda rast
gəlinən altruizmə bənzərdir.
Məsələn, əsgərlər öz ölkəsinin insanlarını xilas etmək üçün hər gün
müxtəlif formalarda öz həyatını təhlükəyə ataraq qəhrəmanlıqlar
göstərirlər. Digər tərəfdən, bu cür qəhrəmanlığın tənqidçiləri hesab
edirlər ki, onlar öz mədəni və dini inanclarını, eləcə də öz şərəflərini
qoruyurlar.
Altruizm nə deməkdir?
Onun iki əsas tərifi vardır. Bioloji altruizm dedikdə, hətta öz həyatın
təhlükədə olsa belə, digər insanın həyatını xilas etməyə çalışmaqdır –
məsələn, kimisə xilas etmək üçün gur çaya tullanmaq.
Psixoloji altruizm isə hər hansı bir şəkildə heç bir mükafat əldə
etməyəcəyini bildiyin halda başqası üçün fədakarlıq etməkdir – məsələn,
insanlarla dolu qatarda ayaq üstə dayanmağın rahat olmadığını bildiyiniz
halda ayağa duraraq kiməsə yer vermək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!