Hobbilərimiz internet üzərində

Hobbilərimiz internet üzərində
Xəstəliklər və müalicəsi
10.09.2017 14
Hobbilər bizim həyat tərzimizi əks etdirir. İnsanlar yorğun iş rejimindən sonra və ya istirahət günləri sevdikləri işlə məşğul olmaqla həyatlarını daha səmərəli keçirirlər. Amma son zamanlar komputerlərin həyatımıza sürətli girişi və sosial şəbəkələr insanlarda bir növ xəstəlik yaradıb. İndi çoxlarımızın işi komputerdədir. Hətta sevdiyi maşın şəkillərini toplayıb sosial şəbəkədə paylaşan və bunu hobbi hesab edən bir dostum da var. Texnologiyaların hobbilərimizə təsirindən danışan psixoloq internetdən asılılığı hobbilərlə əlaqələndirməyin düzgün olmadığını qeyd edib: "İnternetdən asılılıq hər dəqiqə olan bir prosesdir. Hobbi isə hər dəqiqə olmur. Öz hobbiləri ilə internet üzərində məşğul olmaq isə tamam başqa şeydir. İnsan burda heç bir təmənna gürmür və bundan ləzzət alır”.



Müxtəlif xarakterli insanlar olduğuna görə hobbilər də müxtəlifdir. Görəsən pis hobbi deyilən anlayış nə dərəcədə düzgündür? Psixoloq Dəyanət Rzayev hətta insan orqanı kolleksiya edən insanların bunu hobbi kimi qəbul etdiyini bildirib. O, vurğulayıb ki, belə hobbilər ziyanverici hobbilər adlanır. Hobbilərin insana rahatlıq gətirdiyini nəzərə alsaq zərərverici hobbiləri olan insanların necə rahatlıq tapması sualı da yaranır. Psixoloq bu məsələyə də aydınlıq gətirib: "Pis hobbiləri olan insanlar müəyyən dərəcədə rahatlıq tapır, amma onların rahatlığı bir müddətlik olur. Zərərli hobbilər insanın özündə günah hissi yaradır. Buna görə də bu onlara tam rahatlıq gətirə bilmir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!