İnsan özünə nəyə görə qəsd edər?

İnsan özünə nəyə görə qəsd edər?
Xəstəliklər və müalicəsi
10.09.2017 61
Son zamanlar cəmiyyətimizdə tez – tez rast gəlinən hallardan biridə suisid yəni insanların özlərinə qəsd etməsidir. Insanlar öz həyatlarına müxtəlif cür son qoyurlar. Suisid – bir qayda olaraq ümidsizzlikdən yaranan etirza əlaməti kimi, şəxsi şərəf hissinin qorunması naminə ağlın qarışması nəticəsində baş verir. əsas amil isə yoxsulluq, işsizlik, itirmə qorxusu, ailə münasibətlərindəki anlaşılmazlıqlar və münaqişələr ucbatından baş verir. Buna səbəb insanda psixi problemlər və depresiyaya səbəb ola bilər və bir çox hallarda intiharın səbəbləri tam məlum olmur. Intiharın səbəbləri kimi bu məqamda toxunmaq isərdim. Daha çox cinsiyyət, şiddətə meyillilik, spirtli içki, narkomaniya, taksikomaniya və narkotik vasitələrdən asılılıq, yüksək həyəcan və ya hər hansı bir xəstəlik keçirən insanlar özlərinə qəsd etməyə addım atırlar. əsasən xərçəng xəstəliyi keçirən insanlar intihara meyilli olurlar. Insan hər hansı bir problemlə rastlaşarssa onu həll edə bilməyəcəyini düşünür və çox təssüf ki, çıxış yolunu özünə qəsd etməkdə görür. Lakin dü.ünmürki hər bir problemin həlli yolu vardır. Sadəcə olaraq bunu düşünüb tapmaq lazımdır. Hec vaxt özünə qəsd bir çıxış yolu kimi düşünülməməlidir. Intihara meyilli insan bir növ özünə diqqət çəkmək məqsədi daşıyır. Yeniyetmələrdə əsasən ailədə münasibətlər öz yaşıdları ilə münasibətlərdə problemlər olasa və qarşılıqsız sevgi yaşayarsa bu intihar üçün səbəb yarada bilər. Nəzərə alsaq dindar ailələrdə intihar hallarına çox az – az rast gəlinir. Müqəddəs Qurani – Kərimdə qeyd olunub!Allah, öz – özünüzü öldürməyin – deyə buyurub ( Nisa, 4/ 29 ) çətinliklərdən bezən, ümüdünü itirən və problemlərdən bir çıxış yolu görə bilməyən insanların intihara meyilli olmasi mümkündür. Allah belə buyurub! Allahın rəhmətindən ümüdünüzü üzməyin, çünki Allahın rəhmətindən ümüdünü kəsən onu tanımayanlar, (inkar edən) dəstədir. Əziz valideyinlər əgər övladlarınızda bu xüsusiyyətlərə rast gəlirsizsə bir tərəfli qərar verməyə tələsməyin. Mütləq şəkildə valideyin və psixoloq birliyinə müraciyyət edin.
Narınc Uşaq Psixologiya Mərkəzinin Yeniyetmələr üzrə mütəxəssisi Psixoloq Vəfa Rəşidovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!