Həyatda ən dəyərli 5 hiss

Həyatda ən dəyərli 5 hiss
Xəstəliklər və müalicəsi
10.09.2017 51
1. Bir gün kənddə quraqlıqdan əziyyət çəkən kənd sakinləri
birlikdə Allaha dua etmək üçün məscidin qarşısına toplaşmağı qərara
aldılar. Təyin olunmuş vaxtda hamı məscidin qarşısına yığıldı. Amma
yalnız bir qiz özü ilə çətir də götürmüşdü.
Bax bu etiqad, imandır!


2. Fikir
vermisinizsə uşağı oynadarkən,atıb-tutarkən o sevinclə gülür və
heyranlıqla dolu baxışlarla ətrafa baxır. O yerə düşəcəyindən qorxmur,
bilir ki siz onu tutacaqsınız. Bax bu etibar, inamdır!

 
 
 
 
 
 

 
 
 
3. Hər axşam biz yatarkən bilirik ki, səhər
yuxudan sağ salamat oyanacağımıza heç bir zəmanət yoxdur. Amma buna
baxmayaraq biz saatın zəngini yenə də,yenə də qurub yatırıq. Bax bu ümiddir!

 
 
 
 

 
 
 4. Hər gün biz gələcəyə dair planlar qururuq, halbuki heç bilmirik ki,sabah nələr baş verəcək,ya bir həftə sonra nə olacaq
və yaxud da iki saat sonra nə olacaq -bunu bizə heç kim deyə bilməz. Biz isə planlar qururuq.
Bax bu əminlikdir!

 
 
 
 

 
 
 5. Hər gün biz görürük ki insanlar mübahisə edir.
Bir-birini aldadır,nifrət edir və ayrılırlar. Başa düşürük ki,biz də
bunlardan qaça bilmərik, nə vaxtsa bizim də başımıza gələ bilər eyni
hadisələr. Buna baxmayaraq, heç nəyə baxmayaraq biz münasibətlər
qururuq. Bax bu sevgidir!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!