Hər xərçəngin bir əlaməti var

Hər xərçəngin bir əlaməti var
Xəstəliklər və müalicəsi
10.09.2017 281
Dəri
- Rəng, şəkil və böyüklüyü dəyişən, tez qanayan və ya xoralaşan ləkələr,
- Yaxşılaşmayan yaralar varsa,
- Və uzun davamlı günəş işığına məruz qalırsınızsa.

 
Ağız içi, boğaz
- Ağızıçı və dodaqda ağ və ya qırmızı vallar, kütlə və ya sərtliklər,
- Yeni inkişaf edən eşitmə itkisi və ya qulaqda zingildəmə, səs batıqlığı kimi şikayətlənmələr varsa
- Və spirt, siqaret istifadə edirsinizsə
- Ağızda yaxşılaşmayan ağrılı-ağrısız yaralar,

 
Ağciyər
- Çox və davamlı ağciyər infeksiyası (bronxit, sətəlcəm) keçirir
- Və siqaret istifadə edirsinizsə
- Keçməyən və ya xarakter dəyişdirən öskürək,
- Qanlı, murdar qoxulu bəlğəm,
- Yeni inkişaf edən səs batıqlığı və ya dəyişikliyi,

 
Döş
- Döş ucundan şəffaf və ya qanlı axıntı varsa
- Və ailədə döş xərçəngi riski mövcudsa
- Sinənizdə ələ gələn kütlə,
- Döş dərisi üzərində qalınlaşma, çökmə və ya çəkilmə,

 
Qadın cinsiyət sistemi
- Atət nizamsızlıq, çox qanama və ya uzun qanama,
- Adət dövrləri arasında və ya sonrası qanama
- Cinsi əlaqədən sonra qanama,
- Normaldan çox vajinal axıntı varsa

 
Kişi cinsiyət sistemi
- Çox və ağrılı sidiyə çıxma,
- Qanlı sidik gəlməsi,
- Yeni inkişaf edən iqtidarsızlıq,
- Ələ gələn ağrısız kütlə varsa

 
Sümük sistemi
- Ələ gələn kütlə və ya şəkil pozuqluğu,
- Sümüklərdə dəhşətli ağrı,
- Hərəkət məhdudluğu varsa
 

Əsəb sistemi
- Dəhşətli və uzun davam edən baş ağrıları,
- Cüt görmə və ya görmə itkisi,
- Yeni inkişaf edən balanssızlıq, baş gicəllənmələri, uyğunlaşma və ya ifliclər,
- Şüur bulanıqlığı, cəmlənmə çətinliyi,
- Danışma çətinliyi,
- Şəxsiyyət dəyişiklikləri varsaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!