Kökəldən xəstəliklər

Kökəldən xəstəliklər
Xəstəliklər və müalicəsi
10.09.2017 30
Bir çox pəhrizlər edir, amma xeyrini görmürsünüz? Nəinki arıqlamaq, hətta getdikcə daha da kökəlirsiniz? Bütün bunların altında yatan səbəb bir xəstəlik ola bilər. Bəzi xəstəliklər bədəninizin sistemini pozaraq çəkini azaltmağınıza icazə vermir, əksinə çəkini artırır. Amma əgər bu xəstəliklər üçün gərəkli müalicəni etdirsəniz,artıq çəkilərinizlə artıq çəkilərinizlə baş edə bilərsiniz.
Yumurtalıq kistası

Qara dərili və tünd rəng saçlı qadınlarda daha çox rast gəlinən yumurtalıq kistası çəki problemlərinə də  səbəb olur. Alma tipli kökəlməyə səbəb olan yumurtalıq kistaları nəticəsində xüsusən də bel və qarın hissəsində yağlanma yaranır. Buna görə də yumurtalıq kistası olan qadınlar arıqlamağa çətinlik çəkirlər. Kista problemi yaşayan xanımlar vaxtında idmanla məşğul olsalar, mükəmməl bir nəticə əldə edərlər

Hipotiroid
Qalxanabənzər vəzinin az işləyərək yetərsiz hormon istehsalı demək olan hipotiroid də köklüyünün ən vacib səbəblərindən biridir. Bu zaman istiyə dözümsüzlük, əllərdə titrəmə olur, duyğularda ciddi dəyişikliklər yaradır. Saçlarınız tökülürsə, qəbizlik problemi yaşayırsınızsa və çəkiniz artırsa, tiroidin fəaliyyəti yavaşlamış ola bilər. Artıq çəki problemi olan hər 4 şəxsdən birində bu hallar müşahidə edilir. Əgər çəkinizin artmasının səbəbi bu xəstəlikdirsə, internetdən tapılan pəhrizlərlə arıqlamaq çox çətindir. Bu cür şikayətləriniz varsa, mütləq hormonlarınızı yoxlatdırmalısınız.

İnsulin problemi, diabet
Qarın və bel ətrafında yağlanmanız artıq olsa, diabetinizi də yoxlatdırın. Diabet ilə kökəlmə arasında çox yaxın bir əlaqə var və diabetlilərin 80 faizi kökdür. Əgər köksünüzsə, qan şəkərini nəzarət altına almağınız get-gedə çətinləşəcəyi üçün müalicə edilmədən öz-özünüzə arıqlamağınız imkansız olacaq. Ağzınız quruyur, tez-tez susayırsınız, iştahınız çoxdursa, tez-tez tualetə gedirsinizsə, ayaqlarınızda yanma, keyimə varsa, diabet ola bilərsiniz. Nəzarətdə olmayan diabet böyrəklərə, ürəyə, damarlara, sinir sisteminə və ayaqlara çox böyük zərərlər verir. Bu xəstəlikdən yan keçmənin ən yaxşı və ən asan yolu çəkinizi nəzarət altında tutmaqdır. Araşdırmalara görə, anada diabet vardırsa, uşaqda olma riski 20%, atada vardırsa, uşaqda olmq riski 20%, hər ikisində də diabet vardırsa, uşaqda olma riski 40%-dir. Amma normal çəkidə qalmağı bacararsa, diabetə tutulma riski sıfırdır.

D vitamini çatışmazlığı
Günəş işıqlarının bizə hədiyyəsi olan D viataminindən məhrum qaldığımız zaman sadəcə sümüklərdə zəifləmə və ağrı hiss etmirik, eyni zamanda nə qədər çalışsaq da, aldığımız artıq çəkini heç cür verə bilmirik. D vitamini azlığı hormonları dəyişdirərək insulini artırır və diabet riskini yüksəldir. Olduqları yerə görə ikiyə bölünən vitaminlərdən C vitamini suda əriyən bir vitamindir, D vitamini isə günəş şüalarıyla sintezlənir və yağda əriyir. Bu səbəbdən yaz-qış hər gün qolları dirsəklərə qədər çırmayıb iç tərəflərini və üzünüzü günəşə verməyiniz vacibdir. Bunu şüşə arxasından deyil, birbaşa gün işığına çıxaraq edin.
Yuxu apnoe sindromu
Ailəniz sizə hər gecə xoruldadığınızı, hətta yatarkən nəfəsinizin dayandığını deyirsə, səhərləri yorğun və yumruq yemiş kimi durursunuzsa, yataq paltarınızın əsasən boyun-sinə qismi nəm olursa, gündüzləri hər fürsətdə yuxulayır, səhərləri baş ağrısı hiss edirsinizsə, yuxu apnoesi xəstəsi ola bilərsiniz. Əgər köklük probleminiz vardırsa, demək yüksək təzyiq və ürək xəstəliklərinə meyilliliyiniz vardır. Nəfəs almaq - oksigen, oksigen - həyat deməkdir. Əgər yatdığınız zaman yetərli dərəcədə nəfəs almasanız, hüceyrələriniz yetəri qədər oksigen qəbul edə bilməz. Bu da köklüyə səbəb olur. Belə şikayətləriniz varsa və arıqlamaq istəyirsinizsə, əvvəlcə həkimə müraciət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!