Qadında immunoloji sonsuzluq

Qadında immunoloji sonsuzluq
Xəstəliklər və müalicəsi
10.09.2017 28
Sonsuzluğun bu formasında qadının immun sistemi həyat yoldaşının spermatozoidlərinə və ya, özünün yumurta hüceyrələrinə qarşı anticismlər hazırlamış olur.
Məhz bu səbəbdən də mayalanma prosesi baş verə bilmir. Sonsuzluğun bu formasını aşkar etmək üçün postkoital test, həmçinin qadının qanının öz yumurta hüceyrələrinə qarşı anticisimlərə görə müayinəsi aparılır.
Qadının uşaqlıq boynu hüceyrələri tərəfindən ifraz olunan seliyin tərkibində spermatozoidlərə qarşı anticisimlərin olması səbəbindən immunoloji sonsuzluq diaqnozu təsdiq edilmiş olarsa, bu anticismlərin təsirinin yatırılması istiqamətində müalicə təyin edilir. Bu zaman həkim tərəfindən müəyyən dərman preparatları təyin edilir və qadına, uşaqlıq boynu seliyinin tərkibində ərinin spermasına qarşı anticisimlərin səviyyəsinin aşağı düşməsi üçün, bir neçə ay ərzində həyat yoldaşı ilə cinsi əlaqədə olmaması məsləhət görülür. Belə müalicə kursu fayda vermədiyi halda isə süni inseminasiya üsulundan istifadə olunur ki, bu zaman kişi sperması bilavasitə uşaqlıq boşluğuna daxil edilir.
Əgər sonsuzluğun səbəbi qadın orqanizmində öz yumurta hüceyrələrinə qarşı anticisimlərin yaranması olarsa, bu anticisimlərin təsirinin məhv edilməsi istiqamətində müalicə aparılır.
Sağlam olun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!