AŞPA-nın hesabatı: "Azərbaycan qız uşaqlarının abortuna görə dünyada 4-cüdür"

AŞPA-nın hesabatı:
Xəstəliklər və müalicəsi
10.09.2017 91
 
Daha çox Hindistan və Çində qız körpələrin doğumunun azlığı getdikcə müxtəlif ölkələrə də yayılmaqdadır. Ekspertlər bunu gender balansının pozulması, insan hüquqlarının tapdanması və təbiətin qanunlarına qarşı dirəniş kimi qiymətləndirir.

"Aznews" Agentliyinin əldə etdiyi məlumata əsasən Ermənistan, Azərbaycan, Gürcüstan, Albaniya və Cənubi Koreyada, qadın-kişi artımındakı nisbət hiss ediləcək dərəcədə pozulmağa başlayıb. Normal şərtlərdə hər 100 qız körpəyə qarşılıq 105 kişi körpə dünyaya gəlir. Bu təbii prossesdir. Amma sadaladığımız ölkələrdə, eləcə də bizim ölkəmizdə hər 100 qız körpəyə qarşılıq 111-112 oğlan doğulur.
Bu mövzu, Avropa Şurası Parlementarlarının toplantısında gündəmə gələn hesabatla yenidən mübahisə və qızğın müzakirəyə səbəb oldu. AB bu ölkələrin rəhbərliklərinin, qız körpələrin öldürülmələri mövzusu ilə bağlı tədbirlər görmələri istiqamətində xəbərdar edilməsi qərarı aldı. Qərarı imzalayan ölkələr arasında Türkiyə də var.
Qız körpələrin çoxunun, cinsiyyətləri öyrənilən kimi ana bətnində öldürülməsi faktdır. Bunda çox vaxt sosial-iqtisadi şərtlərin ağırlğı bəhanə göstərilsə də araşdırılmalar zamanı bunun əksi müydana çıxır, qız övladını abort etdirən qadının yenidən hamilə qalması və oğlan doğması aşkarlanır. Bunda digər səbəbkar da ətraf mühitin təsiridir. Oğlu olmayan ailə cəmiyyətin çox vaxt qınağına tuş gəlir.

Sizə sözügedən hesabatda göstərilmiş faktiki göstəriciləri təqdim edirik. Hər 100 qız körpəyə qarşı hansı ölkədə neçə oğlan körpə doğulur? Bu da cavabı:
Çin - 113
Hindistan - 112
Albaniya - 112
Azərbaycan -112
Ermənistan - 112
Gürcüstan - 111
Cənubi Koreya -107скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!