Ağıllı telefonlar yataq otağımızda olduqda orqanizmin normal ritmi niyə pozulur?

Ağıllı telefonlar yataq otağımızda olduqda orqanizmin normal ritmi niyə pozulur?
Xəstəliklər və müalicəsi
10.09.2017 20
"Harvard tibb məktəbinin" rəyinə əsaslanaraq, Bloomberg  şirkəti  xəbər verir ki, müəyyən uzunluqlu işıq dalğaları, melotoninin istehsalını zəiflədə  bilir.
Bu o deməkdir ki, yuxusuzluğun səbəbi, yatmağa getmədən öncə istifadə etdiyiniz ağıllı telefon, kompyuter və planşetlər ola bilər.
Professor Çarls Çeyslerin dediyinə görə, biz bioloji dəyişiklik etdik və artıq normal vaxtda yatmırıq, lakin səhərlər yenə də tez qalxmağa çalışırıq. Bunun nəticəsində insanlar tam yuxunu almır. Məhz buna görə meqopolislərdə 1550 -ci ildən başlayaraq  sürücünün səhvi nəticəsində insanlar yol qəzasından həlak olurlar.
Sleep Health Foundation-nun sədri Devid Xilmenındediyinə görə, yuxu, bizim - ailə, iş və ünsiyyət üçün ayırdığımız vaxtla rəqabətdədir. Çoxları üçün o, 4 cü yerdədir. Lakin, unutmayın ki, yuxusuzluq, artıq çəki, şəkər, ürək-damar sisteminin problemləri və xərçəng xəstəlikləri kimi problemlərə səbəb ola bilir. Müasir texnologiyalar isə bu problemi daha da ağırlaşdırır.
Təbii işıqlandırma - orqanizmin bioloji saatlarının sinxronizasiyasının əsas mexanizmi sayılır. Professor Çeyslerin 1972 -ci ildən apardığı tədqiqatlara əsasən söylənilir ki, elektirk işıqlandırma yaranandan, insanların yuxusunun elektrik açarı 6 saat önə çəkib.
8-10 saat gümrahlıqdan sonra insan yorulur, orqanizmin daxili saatı isə onu gücləndiri. Sonra orqanizm onu yatızdıran "melotonini" istehsal edir. Yalnız axşamlar olan süni işıq orqanizmə təsir edir və melotoninin  istehsalı gecikir.
2001-ci ilə ingilis və amerikan alimlərinin dərc etdiyi nəşrdə bildirlir ki, spektorun göy hissəsinin qısa işıq dalğaları, melotoninin istehsalını daha çox zəiflədir.
Alimlərin məsləhətinə görə axşamlar, sarı  ışıqlı çıraq yandırın. 22:30 -dan onra isə ümumiyyətlə işığı söndürmək tövsiyə olunur. Bundan əlavə isə, Syüzen Qrinfild(Oksford universiteti) bildirir ki, televizora baxdıqda, telefon və planşetlə oynadıqda aldığımız informasiya qanda  adrenalinin artmasına səbəb olur, o isə orqanizmin rahatlanmasına imkan vermir. Onun dediyinə görə, ideal yataq otağında nə səs-küy nə də, parlaq işıq olmalıdır.
Unutmayın, yuxu sağlamlığınız  üçün çox önəmlidir!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!