Akupunktura nədir?

Akupunktura nədir?
Xəstəliklər və müalicəsi
10.09.2017 55
Akupunktura - metal  iynələrin təsiri  və ya  yandırma yolu ilə
insan orqanizminin bioloji aktiv nöqtələrinə olan təsir ilə aparılan
müalicə metodudu.



Bu üsul - bir çox xəstəliklərin müalicəsinin  effektivliyinə görə bütün dünyada qəbul olunan ənənəvi çin təbabətinin komponentidir.

İynələrlə
aparılan bu müalicənin vətəni Çindir. Bu gün artıq Çindən əlavə,
Avropa, Amerika və Rusiiyada  bir çox tədqiqat institutları
yaradılmışdır ki, onlar bir çox xəstəliklər zamanı bu metodu tətbiq
edirlər.

 
Akupunktura -
fiziki, psixiki və emosional pozğunluq və xəstəlilərin müalicəsində
istifadə olunan təbii yanaşmadır. Onun əsas ideyası sadədir. Əgər
insanın hər hansı bir orqanı  zədələnibsə, bu o deməkdir ki, orqanizmin
bütün sistemləri arasında qarşılıqlı əlaqə pozulub. Belə ki, xəstəlik və
əlamətləri deyil, bütün orqanizmi müalicə etmək lazımdır. Bu isə
iynələrin müəyyən nöqtələrə təsiri ilə həyata keçirilir.

İynə batmasının akkupunktura nöqtələrinə təsiri...


İnsan
bədənində 664 nöqtə vardır. Həkim bu nöqtələr arasında seçimi
xəstəliyin xüsusiyyətinə görə edir. Bu aktiv nöqtələr dərinin digər
yerlərindən öz yüksək səviyyəli mübadilə prossesi, daha yüksək ağrı
hissiyatı, daha yüksək elektirk potensial və elektrikə az müqaviməti
olması ilə seçilirlər. Akupunktura üçün bir dəfəlik steril iynələr
istifadə olunur. Akupunkturanın ayrılmaz hissəsi olan nəbz
diaqnostikasına sayəsində - xəstəliyin əmələ gəlməsini, orqanizmdə
yayılmasını və əlamətlərini izləmək mümkündür. Məhz nəbz diaqnostikası
insanın enerji ehtiyatı sisteminin nə vəziyyətdə olmasını öyrənməyə
imkan yaradaraq, müalicə prosesinə yanaşmanı müəyyən etməyə kömək edir

Bu
müalicə növünə adətən dərman terapiya sı kömək etmədikdə və ya zəif
etdikdə əl atılır. Adətən bu sümük, oynaq, periferik  sinirlər, məhz
miqren, artroz, nevralqiya və artitonevritlərə aid edilir. Həmçinin bu
üsul mərkəz sinir sitemi pozulmalarında, impotensiyanın müalicəsində,
depressiya və arıqlamaq üçün istifadə olunur.

1980 - cı ildə
Ümumdünya Səhiyyə Təşkilatı akupunktura metodu ilə malicə olunan
xəstəlilərin siyahısını dərc etmişdir. Bu siyahıyay 43 xəstəlik daxil
edilib. İçərisində hepatit, xərçəng, hipertoniya. allergiya və
sateroskleroz kimi ağır xəstəliklər də sadalanır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!