Uşaq istəyən aspirin içsin?

Uşaq istəyən aspirin içsin?
Xəstəliklər və müalicəsi
10.09.2017 20
Amerikanın Milli Sağlamlıq institutlarının əməkdaşları sübut ediblər ki, aspirinin xırda dozaları hamilə qalaraq normal uşaq dünyaya gətirmək şansını artırır. Ancaq aspirin uşaq düşməsi riskini də azaltmır.



Çox zaman həkimlər uşağı düşən, ölü uşaq doğan və yaxud yenidən hamilə olmaq istəyən qadınlara aspirin içməyi məsləhət görürlər. Ancaq bunun effektivliyini təsdiq edən təcrübə keçirilməmişdi. Alimlər 1000-dən çox qadın üzərində aspirin və plasebo (pasiyentin inamına əsaslanan zərərsiz dərman) tətbiqi ilə müşahidə aparıblar. Qadınlar 6 ay nəzarətdə olublar. Həmin müddətdə qadınlar hamilə qalmağa çalışıblar.



Nəticə belə olub: hər iki qrupda uşaq düşməsi göstəricisi fərqlənməyib. Ancaq qadın yaxınlarda uşağını itiribsə və hər gün bir aspirin həbi qəbul edibsə, o zaman onun yenidən hamilə qalaraq sağlam uşaq doğmaq şansı böyük olub. Qrupda belə qadınların 78%-i yenidən hamilə qalıb.



Plasebo qrupunda isə belələrinin sayı 66% olub.



Aspirin qəbul edən qrupda qadınların 62%-i, ikinci qrupdan isə 53%-i sağlam uşaq doğub.



Aspirinin effektivliyi onun uşaqlığa qanın axmasını gücləndirməsi ilə əlaqədardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!