Xərçəng əleyhinə bakteriya tapıldı

Xərçəng əleyhinə bakteriya tapıldı
Xəstəliklər və müalicəsi
10.09.2017 29
Xərçəng xəstəliyinin qarşısını alan bakteriyanın tapılması tibb elmində geniş müzakirələrə səbəb olub.

TİME jurnalı siçan və itlər üzərində aparılan araşdırmanın uğurlu nəticəsi haqqında məlumat dərc edib. Bildirilir ki, oksigen qəbul etməyən Clostridium növlü bakteriya xərçəng şişini kiçildir və böyüməsinin qarşısını alır.

Siçanlarla aparılan araşdırmanı 16 itin üzərində bir daha sınaqdan keçiriblər. İtlərin bəzisində şiş yox olub, bir qrupunda isə 21 günün içində 30 faiz kiçilib. Bu təcrübə artıq insanlara da şamil edilir. 2 il ərzində 53 yaşlı bir qadının xərçəng şişi də inanılmaz dərəcədə əriyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!