Streslə mübarizə aparın ki, ürəyiniz sağlam olsun

Streslə mübarizə aparın ki, ürəyiniz sağlam olsun
Xəstəliklər və müalicəsi
07.12.2017 25
Müasir insanların əksəriyyətində, xüsusən də şəhərlərdə yaşayanlarda, fiziki gərginliklərin azalması fonunda sinir-psixoloji gərginliklərin xeyli dərəcədə artması müşahidə edilir.

Şəhərdə yaşayanların əksəriyyətinin işi daha çox sinir gərginlikləri, bir neçə işin icra edilməsi, xeyli miqdarda informasiyaların mənimsənilməsi ilə əlaqədardır. Nəticədə isə sinir sistemi xeyli dərəcədə əziyyətə məruz qalır. Ürək-qan damar sistemi ilə sinir sistemi arasına sıx qarşılıqlı əlaqə mövcud olduğu üçün, bu ona da öz təsirini göstərir. İstənilən güclü emosiya insan orqanizmində bu və ya digər reaksiyaya səbəb olur. Orqanizmin bu reaksiyası ürək-qan damar sisitemi üçün də təsirsiz ötüşmür. Məsələn, insan qorxduqda onun bədənində üşütmə, titrəmə baş verir. Buna səbəb isə qana xeyli miqdarda stres hormonu olan adrenalinin daxil olmasıdır ki, bu zaman ürəyin də işi artmış olur.

Əlbətdə ki, heç bir emosiyasız yaşamaq olmaz. Ancaq bunun da müəyyən bir həddi olmalıdır. Əgər stes vəziyyətləri günbəgün, ildən ilə təkrar olunarsa, insanın sinir sistemi bunun öhdəsindən gələ bilmir. Bu zaman ürək-damar sistemində hipertoniya xəstəliyi, ateroskleroz, daha sonra isə ürəyin işemik xəstəliyi və miokardın infarktı inkişaf edir. Buna görə də stresdən mümkün qədər “qaçmaq”, sonradan onunla mübarizə aparmaqdan daha yaxşıdır. Bunun üçün isə, kardioloqların dediyi kimi, ətrafdakılara mehribanlıq göstərmək, özünüz kimi onları da sevmək, inciklikləri bağışlayıb yaddan çıxarmaq məsləhət görülür. Özünüzə qarşı da artıq dərəcədə tələbkar olmayın – sağlamlığın bağalısına bütün işləri yerinə yetirməyə cəhd etməyin, dincəlməyə də vaxt tapın. Soyuqqanlı ingilislərin belə bir məsəli var: “heç zaman bacardığın hər şeyi etməyə tələsmə”.

Daha bir güclü stres mənbəyi olan Kütləvi İnformasiya Vasitələrini də qeyd etmək lazımdır. Məşhur rus müəlliflərindən birinin qəhrəmanı olan həkim öz pasiyentlərinə deyirdi: “yeməkdən qabaq qəzet oxumayın, bu həzm prosesinin pisləşməsinə səbəb olur”. Beyninizi müharibələr haqqında, insanların iztirabları, kriminal hadisələri və digər bunlar kimi xoşagəlməz məlumatlarla doldurmayın.

Stresli vəziyyətə düşdüyünüz təqdirdə isə bizim məsləhətlərimizə qulaq asın ki, bu vəziyyətən daha tez və daha asan çıxa biləsiniz:

1. Stres zamanı artıq dərəcədə olan əlavə enerji yaranmış olur. Bu artıq enerjinin insan orqanizmi və onun ürəyi üçün dağıdıcı təsir etməməsi üçün onu vaxtında müsbət istiqamətə yönəltmək lazımdır. Təbiət tərəfindən orqanizmdə olan bu artıq enerjinin sərf edilməsinin ideal həlli yolu nəzərdə tutulmuşdur ki, bu da fiziki aktivlikdir. Bu məqsədlə idman zalında, fitnes klubda (səhhətiniz imkan verirsə) məşq etmək, açıq havada uzun müddətli gəzmək, yoqa və digər aktiv hərəkətlərlə məşğul olmaq məsləhət görülür. Əgər sizin həyat tərziniz belə idman məşğələləri ilə məşğul olmağa imkan vermirsə, belə də etmək olar: paltar yumaq, evdə geniş təmizlik işləri aparmaq, kişilərə - kiçik təmir işləri ilə və s. hərəkətlərlə məşğul olmaq. Bu cür fiziki hərəkətlərlə məşğul olarkən insan orqanizmi stres nəticəsində yaranmış “artıq” enerjini sərf edir. Bu zaman insan özü də bilmədən stresin keçib getdiyini və ya azaldığını hiss etmiş olacaq. Stres ilə mübarizə etməyin ən pis “variantı” – ona passiv şəkildə dözərək əziyyət çəkməkdir!

2. Stesin öhdəsindən gəlmək üçün bir çoxlarına (adətən qadınlara) “şopinqteraya” – mağazaları gəzmək üsulu kömək edir.

3. Stres vaxtı özünüzə qapanmayın – vəziyyəti doğmalarınız və ya yaxınlarınızla müzakirə edin, məsləhət alın. Əksər hallarda yaxın adamlara öz problemlərindən, çətinliklərindən danışdıqdan sonra insan özünü xeyli dərəcədə yüngül hiss etməyə başlayır.

4. Qərb psixoloqları çoxsaylı araşdırmalar nəticəsində belə nəticəyə gəlmişlər ki, stres ilə mübarizədə Allaha müraciət edərək dua etmək ən yaxşı üsuldur. Ümumiyyətlə götürdükdə isə Allaha həqiqi inanan və ibadət edən insanlar stres vəziyyətlərə düşmürlər. Çünki onlar başlarına gələn hər bir hadisəni Uca Allahın hökmü kimi qəbul edirlər. Onların fikrincə, əgər bu Uca Allahın hökmü ilə baş verirsə, narahat olmağın, stresə, depressiyaya düşməyin də heç bir mənası yoxdur.

5. Əgər siz streslə mübarizə apara bilmirsinizsə və xeyli əziyyət çəkirsinizsə, heç nədən çəkinmədən psixoloq və ya psixoterapevtə müraciət edin.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!