Surroqat analıq

Surroqat analıq
Xəstəliklər və müalicəsi
24.12.2017 76
Müasir yardımçı reproduktiv texnoloji üsullar, ailə cütlüyündəki qadın üzvünə hər hansı bir səbəbdən (uşaqlığın olmaması və ya inkişafı qüsurlu olması; uşaqlıq boşluğunun hamiləliyi daşımağa imkan verməyən deformasiyası; hamiləliyin daşınmasına əks göstəriş olan bir sıra xəstəliklərin olması və s.) dölü daşıyaraq doğa bilməməsinə baxmayaraq öz uşaqlarının olmasına da imkan verir. Belə ailələr üçün surroqat analıq proqramı hazırlanmışdır. Bəs bu necə baş verir? Qadın orqanizmində yumurta hüceyrəsi hazırlayaraq, ovulyasiyaya yaxın onu yumurtalıqdan xaricə çıxarırlar. Eyni zamanda qadının həyat yoldaşından da sperma alınır. Xüsusi laborator şəraitdə (sınaq borusu şüşəsində) yumurta hüceyrəsini spermatozoidlərlə birləşdirirlər. Mayalanma baş vermiş olarsa, bir neçə gündən sonra rüşeymi digər qadının (surroqat ananın) uşaqlığına daxil edirlər. Bir növ “inkubator” rolunu daşıyan surroqat ana tərəfindən müvafiq dövr (9 ay) keçdikdən sonra doğulan uşagı onun bioloji valideynlərinə verirlər.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!